Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxın Güllük kəndində “Bənövşəyəm bənövşə, düşmüşəm dilə-dişə” adlı uşaq səhərciyi təşkil edilib

25.11.2021

Qax rayon Güllük kənd mədəniyyət evi ilə Güllük kənd kitabxanasının birgə təşəbbüsü ilə "Bənövşəyəm bənövşə, düşmüşəm dilə-dişə" adlı uşaq səhərciyi təşkil edilib. Tədbirdə 18 saylı Güllük kənd körpələr evinin balaca fidanları iştirak edib. Tədbiri giriş sözü ilə Güllük kənd mədəniyyət evinin direktoru Nəvai Əliyev açaraq, gələn qonaqları salamladı və tədbiri açıq elan etdi. Tədbirdə uşaqların bilik və bacarıqlarını sərgiləmək məqsədilə şeirlərdən, tapmacalardan, nağıl və hekayələrdən nümunələr soruşulmuşdur. Daha sonra fərdi rəqs və ümumi rəqs nümunələri sərgiləndi. Sonda tədbir balaca dostlarımızın və digər qonaqların ümumən razılığını qazanmışdı.

 

267.6 KB

 

289.2 KB

 

327.8 KB

 

362.8 KB

 

373.9 KB