Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

22.11.2021

Balakən rayon Heydər Əliyev Mərkəzi və Balakən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılı ilə  Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr  olunmuş “YAP  dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir  təşkil olunmuşdur. Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Ləman Balayeva, Balakən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının sədri Züleyxa Dibirova, Balakən rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc İbadova və Balakən rayon ümumtəhsil məktəblərinin şagirdləri  iştirak etmişdir. 

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin büstü üzərinə gül-çiçək dəstələri düzülmüşdür.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi Ləman Balayeva bildirmişdir ki,  Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ötən əsrin 90-ci illərin əvvələrində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaranan partiyadır və yarandığı gündən dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, sosial yönümlü iqtisadiyyat yaratmaq məqsədlərini uğurla həyata keçirmişdir.

YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının sədri Züleyxa Dibirova bildirilmişdir ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır

Balakən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva çıxışında YAP-ın yarandığı gündən həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etdiyini, daşıdığı yeni azərbaycançılıq ideyasının cəmiyyətdə təsbit edə bildiyini, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həll edici rolunu ifadə edə bildiyini qeyd etmişdir. 

Balakən rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc İbadova çıxışında vurğulamışdır ki, bu gün bütün Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində zəfərin  sevincini yaşayır. Bu zəfər Azərbaycanın ədalətli mövqeyinin bir daha dünyaya təqdimatı oldu. 30 ilin nisgilinə son qoyulması, ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurvericidir.

 

55 KB

 

51.1 KB

 

120.5 KB

 

49.4 KB

 

54.7 KB

 

45.5 KB