Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Şirvanlı kənd kitabxanasında Gəncə faciəsinin ildönümü ilə əlaqədar İnformasiya saatı keçirilib

13.10.2021

Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasında Gəncə faciəsinin ildönümü ilə əlaqədar İnformasiya saatı keçirilib.

Tədbirdə filialın müdiri Taliyə Xəlilova Gəncə faciəsi haqqında oxuculara məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələri 11 oktyabr 2020- ci il tarixdə gecə saatlarında Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olmuş, 40 dan çox dinc sakin yaralanmışdır. Həlak olan və yaralananlar arasında kiçik yaşlı uşaglar da olmuşdur. Dinc sakinlərə qarşı törədilən bu terror aktı məkrli erməni xislətini dünyaya bəyan etdirən bir hadisə kimi dünya ictimaiyyəti tərəfindən pislənilir.

Sonra iştirakçılar faciəni əks etdirən fotosərgi ilə yaxından tanış olublar.