Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən şəhər 2 saylı Diyarşünaslıq klubunda 44 günlük Vətən müharibəsinin anım günü münasibətilə tədbir keçirilib

13.10.2021

Balakən şəhər 2 saylı Diyarşünaslıq klubunda 44 günlük Vətən müharibəsinin anım günü münasibətilə "Tarix yazan qəhrəmanlar"adlı görüş keçirilib.

Klub işçilərinin, l və ll Qarabağ müharibəsinin qazilərinin və gənclərin iştirakı ilə keçirilən tədbirdə İlk öncə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra mədəni təşkilatçı Nəzakət Bağırova məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il qüdrətli Azərbaycan dövlətinin erməni faşızmi üzərindəki 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə xatırlanacaq. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissilə yaşayır. Azərbaycan ordusunun 44 gün ərzində yağı düşmən üzərində şanlı qələbə qazanmasında igidlik göstərərək şəhid olanlar tarixin əsl qəhrəmanları kimi yaddaşlarda yaşayacaq.

Daha sonra qazilərdən Ceyhun Alqayev, Məhəmməd İsayev, gənc nəslin nümayəndələri Emil Otucov və Orxan Əhmədov çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində ölümün gözünə dik baxan qəhrəmanların bir amal, bir məqsəd uğrunda döyüşərək 30 illik Vətən həsrətinə son qoyduqları xüsusi olaraq vurğulanıb.