Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunun Kəpənəkçi kənd Körpələr evində “Bizim nağıl dünyamız” adlı nağıl saatı təşkil olunub

13.10.2021

Zaqatala rayon Mərkəzi kitabxanasının Kəpənəkçi kənd filialının kitabxanaçısı Rəmziyyə İsayevanın təşəbbüsü ilə Kəpənəkçi kənd körpələr evində "Bizim nağıl dünyamız" adlı nağıl saatı təşkil olunub.

Tədbirdə kitabxanaçı uşaqlara"Turp”,"Məlikməmməd" və Nizami Gəncəvinin "Hind gözəli" nağıllarını danışıb. Sonra uşaqlarla danışılan nağıllar ətrafında sual - cavab aparılıb.