Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Bideyiz kənd Folklor evində “Zəfər yolumuz” adlı ədəbi-bədii axşam keçirilib

13.10.2021

Şəkinin Bideyiz kənd Folklor evində II Vətən Müharibəsinə həsr olunmuş “Zəfər yolumuz” adlı ədəbi-bədii axşam keçirilib.

Şəhidlərin xatirəsinə ucadılmış abidənin önündə keçirilən tədbirdə Folklor evinin direktoru Sara İsmayılova çıxış edərək, Zəfər tariximiz haqqında məlumat verib.

Sonra şəhid atası Çingiz İsrafilov və şəhid qardaşı Tehran İsrafilov çıxış edərək, tökülən qanların yerdə qalmadığını, şəhidlərin ruhunun şad olunduğu qeyd ediblər.

Daha sonra məktəblilərin ifasında Vətənə, şəhidlərimizə və qəhrəman əsgərlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir şəhid məzarlarının ziyarət olunması ilə başa çatıb.