Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki kənd Folklor evində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tematik gecə keçirilib

13.10.2021

M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki kənd Folklor evində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tematik gecə keçirilib.

Tədbirin əvvəlində II Qarabağ Müharibəsində öz canlarından keçmiş Şəhidlərin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan Folklor evinin bədii rəhbəri İxtiyar Rəsulov II Qarabağ müharibəsində əldə olunmuş Zəfərdən danışıb və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sonra Ə.Namazov adına Şəki kənd tam orta məktəbinin uşaq birliyinin sədri Gülağa Qabulov Vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda canından keçən Vətən oğulları haqqında  məruzə ilə çıxış edib.

Daha sonra Folklor evinin bədii özfəaliyyət kollektivinin üzvülərinin ifasında Şəhidlər haqqında şeirlər səsləndirilib.