Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənin İtitala kənd Folklor evində Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib

14.09.2021

Balakən rayon İtitala kənd Folklor evində Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar "Aşıq Ələsgər sazın, sözün zirvəsində" başlığı altında dəyirmi masa keçirilib.

Gənclərin, Folklor evi və kitabxana işçilərinin iştirakı ilə keçirilən tədbiri Folklor evinin müdiri Qürbət Muradov açaraq, Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Çıxışda Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırdığı, onun xalq ruhunda həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyi qeyd edilib.

Sonra müəssisənin metodisti Tamilə Mustafayeva çıxış edərək, Aşıq Ələsgərin çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırdığını və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərdiyini bildirib.

Daha sonra Aşıq Ələsgərin şeirlərindən ibarət nümunələr səsləndirilib.