Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Tarix-diyarşünasliq muzeyində təkrar dezinfeksiya işləri aparılıb

13.09.2021

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əməkdaşların və ziyarətçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə Balakən rayon Tarix-diyarşünasliq muzeyində təkrar dezinfeksiya işləri aparılıb.

Son günlər ölkə ərazisində virusa yoluxma sayının artması ilə əlaqədar muzeyin rəhbərliyi tərəfindən sanitar gigiyenik qaydalara nəzarət gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin hərarətinin ölçülməsinə, sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Muzeyin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulur. Eyni zamanda müəssisənin əməkdaşlarına və ziyarətçilərə mütəmadi olaraq karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı müvafiq təlimatlar verilir.