Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi kitabxanasında “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

08.09.2021

Avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir. Bu aylıq çərçivəsində respublikamızın hər bir yerində olduğu kimi Balakən MKS-da da geniş tədbirlər planı hazırlanmış və bu tədbirlər planına uyğun olaraq kitabxanalarda silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri Mərkəzi kitabxananın Oxu zalında təşkil olunub. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, fəal oxucular və bir qrup könüllü gənclər iştirak ediblər.

Mövzu ətrafında  məruzə ilə çıxış edən Mərkəzi kitabxananın Oxuculara Xidmət şöbəsinin kitabxanaçısı Nərgiz Bodurova BMT-nin qərarına əsasən 1981-ci ildən 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunduğunu, bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsini, hər il ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığının”, bu aylıq çərçivəsində keçirilən müxtəlif tədbirlərin cəmiyyətdə hüquq mədəniyyətinin və sülh mədəniyyətinin geniş yayılmasında əhəmiyyətini vurğulayıb, sülh mədəniyyətinin insan hüquqlarının müdafiəsində rolu barədə məlumat verərək, Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük tövhələr verdiyini qeyd edib. Sonra məruzə ətrafında çıxışlara yer verilib.

Tədbirin sonunda iştirakçılar kitabxananın foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.