Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mədəniyyət Mərkəzində görkəmli elm xadimi Xudu Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

17.07.2021

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli elm xadimi, dahi şəxsiyyət Xudu Məmmədovun xatirəsinə həsr olunmuş “Ölümsüz həyat” adlı tədbir keçirilib.

Tədbirdə Mərkəzin direktoru Kəmalə Məcidova,  bədii rəhbər Əfrayim Yahyayev və metodist Nuriyyə Əlimova çıxış ediblər. Çıxışlarda təhsilcə geoloq, ixtisasca kristalloqraf-kimyaçı olan bu alimin nə qədər elm adamı olması ilə bərabər, bir o qədər də el adamı olduğu nəzərə çatdırılıb və onun sözün əsil mənasında “İnsani münasibətlər istedadı”, “Ziyalılıq meyarı”, “Millilik mücəssəməsi”, bir sözlə “Sirri-Xuda” olduğu qeyd olunub.

Sonra böyük alimin dərin mənalı kəlamları, xalq şairləri M.Arazın və B.Vahabzadənin bu dahi şəxsiyyətə həsr etdiyi şeirlər səsləndirilib. Mərkəzin mədəni təşkilatçısı Vüsalə Mustafayevanın şairə həsr olunmuş şeiri tədbir iştirakçılarında xoş ovqat yaradıb.

 

153.5 KB

 

482.9 KB

 

474.4 KB