Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü münasibətilə tədbir keçirilib

17.07.2021

14 iyulda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 52 il ötür.

Bu münasibətlə Qax rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Məkəzin fond mühafizi Arzu Dunusova Azərbaycanın inkişaf prosesinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinə həsr olunmuş məruzə ilə çıxış edib. Məruzədə Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin mühüm tarixi hadisə olduğu vurğulanıb. Qeyd edilib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Sonra Mərkəzin elmi işçisi Aygün Sayadlı, şəhər 2 saylı kitabxananın müdiri Leyla Yusifli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin əməkdaşı Sahib Həsənli və şagirdlər mövzu ətrafında çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində şanlı Qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğu vurğulanıb.

 

64.5 KB

 

73.6 KB

 

63.4 KB