Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakənin Yeni Şərif kənd sənətkarlıq evində “Narkomaniyaya yox deyək” adlı dəyirmi masa keçirilib

17.07.2021

Balakən rayon Yeni Şərif kənd sənətkarlıq evində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Narkomaniyaya yox deyək" adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Yeni Şərif kənd sənətkarlıq evinin müdiri Elmira Həsənova açaraq, giriş nitqi söyləyib. Qeyd olunub ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün çox böyük təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur.

Sonra Yeni Şərif kənd İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Lokov bu gün bəşəriyyəti düşündürən narkomaniyanın fəsadlarından danışaraq,  gənclərə bu dəhşətli bəladan uzaq olmağı tövsiyə edib. Daha sonra iştirakçı gənclərdən B.Əliyev və Ş.Məmmədov mövzu ətrafında çıxış ediblər. Çıxış edənlər ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyiblər.

 

295.3 KB