Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon Mərkəzi Kitabxanasında “Nağıl saatı” təşkil olunub

16.07.2021

Balakən rayon 1 saylı Uşaq baxçasının fidanları və muəllimələri Balakən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin qonagı olublar.

Tədbirdə kitabxananın müdiri Nazilə Rüstəmova uşaqları salamlayaraq, kitabxana ilə tanış edib. Rəngarəng nağıl kitabları, nağıl otağı və oradakı nağıl personajları uşaqların marağına səbəb olub. Sonra kitabxananın nağıl otağında balacalar üçün nağıl saatı təşkil olunub və onlara "İtin dostluğu","Ayın itməsi" nağılları danışılıb. Daha sonra söylənilən nağıllar üzərində sual-cavab aparılıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 

88.2 KB

 

54.9 KB

 

43.9 KB