Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Mərkəzi Kitabxana Sistemində Şəhid Xudayar Yusifzadənin doğum gününə həsr olunmuş videokonfrans keçirilib

16.07.2021

Şəki Mərkəzi Kitabxana Sistemində II Qarabağ müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günü ilə əlaqədar “Dastana dönən ömür” adlı videokonfrans keçirilib. Konfransı Şəki MKS-nin direktoru Seyid Vahabov açaraq, giriş nitqi söyləyib. Bildirilib ki, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində Şəhadətə yüksəlib. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə"  medalları ilə təltif edilib.

Sonra mövzu ətrafında digər iştirakçıların çıxışları dinlənilib.

 

88 KB