Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mədəniyyət Mərkəzində II Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib

16.07.2021

Balakən rayon Mədəniyyət Mərkəzində Balakən Mədəniyyət  İşçiləri Həmkarlar Ittifaqı Komitəsinin və Mədəniyyət  Mərkəzinin əməkdaşlarının birgə təşkilatçılığı ilə II Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib.

Mədəniyyət işçilərinin, Suqovuşan, Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı, qazi Turan Musayevin, Ağdərə,Tərtər istiqamətində gedən döyüşlərin iştirakçısı,  qazi Şahmar Baradovun və Amil Varşayevin iştirak etdikləri tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qazilər Vətənin hər bir qarış torpağının həm özlərinin, həm də döyüş yoldaşlarının gözlərini qırpmadan, mənfur ermənilərdən təmizlənməsi üçün apardıqları mübarizədən, unudulmaz döyüş xatirələrindən danışıblar.

Tədbir çay süfrəsi ətrafında, qazi Turan Musayevin gitarada hərbi vətənpərvərlik mövzusunda ifa etdiyi mahnılarla davam edib.