Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Padar kəndində Şəhid Süleyman Şirəlizadənin xatirəsi anılıb

10.06.2021

Oğuz rayon MKS -nin Yemişənli və Padar kənd kitabxana filialının əməkdaşları Padar kənd sakini, II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Şirəlizadə Süleyman İlham oğlunun doğum günü ilə əlaqədar Şəhidin ailəsini və məzarını ziyarət ediblər. Ziyarət zamanı Şəhid haqqında xatirələr səsləndirilib, ruhuna dualar oxunub və məzarın üzərinə gül-çiçək dəstələri düzülüb.

Görüşdə Yemişənli kənd kitabxana filialının müdiri Rəqsanə Tahirova çıxış edərək, Şəhidimiz haqqında məlumat verib. Bildirilib ki, Süleyman Şirəlizadə 2020- ci il Sentyabrın 27 - də başlanan II Qarabağ müharibəsinin Ağdərə istiqamətindəkidöyüşlərinə qatılıb və oktyabrın 5-də Şəhadətə yüksəlib. S.Şirəlizadə  6 oktyabr 2020 - ci il tarixində Oğuz rayon Padar kənd Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqları icrası zamanı vəzifə borcu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamna əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğurunda"medalı ilə təltif edilmişdir.

 

267.6 KB

 

256.6 KB

 

169.3 KB