Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qaxın Güllük kənd kitabxanasında “Narkomaniya cəmiyyətin tozlu bəlasıdır” adlı dəyirmi masa keçirilib

10.06.2021

Qaxın Güllük kənd kitabxanasında Güllük kənd Mədəniyyət evi və kitabxananın birgə təşkilatçılığı ilə"Narkomaniya cəmiyyətin tozlu bəlasıdır" adlı dəyirmi masa keçirilib.

Tədbirdə kitabxana və mədəniyyət işçiləri ilə bərabər Güllük kənd İcra nümayəndəsi İlqar Məmmədov, İcra nümayəndəsinin müavini Nemət Hacıyev , kənd Bələdiyyəsinin sədri Fərrux Qumaşov iştirak ediblər. Tədbirdə kitabxananın müdiri Gülbəniz Hüseynovanın "Narkomaniyanın fərdlərə və cəmiyyətə mənfı təsiri" və Güllük kənd mədəniyyət evinin direktoru Nəvai Əliyevin “Narkomaniyadan necə qorunmalı" mövzusunda məruzələri dinlənilib.

Sonra kənd İcra nümayəndəsi İlqar Məmmədov və kənd Bələdiyyəsinin sədri Fərrux Qumaşov mövzu ətrafında çıxış edərək, narkomaniyanın qarşısının alınmasında bu cür tədbirlərin təqdirəlayiq olduğunu qeyd ediblər.

 

163.8 KB

 

147 KB