Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəkinin Kiçik Dəhnə kənd Diyarşünaslıq klubunda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ədəbi-bədii axşam keçirilib

10.06.2021

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kiçik Dəhnə kənd Diyarşünaslıq klubunda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Söz xəzinəsi” adlı ədəbi-bədii axşam keçirilib.

Tədbiri Diyarşünaslıq klubunun müdiri Sadiq Hüseynov açaraq, dahi şairin zəngin yaradıçılığı haqqında məruzə ilə çıxış edib. Çıxışda qeyd olunub ki,Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.

Sonra Kiçik Dəhnə kənd tam orta məktəbinin şagirdləri Davud Talıblı, Gülcöhrə Qasımova, Surayə Vahabova, Rəsul Əhmədov, Dəniz Loymanova və Nazənin Abdurahmanova Nizaminin qəzəllərindən nümunələr səsləndirilmiş, klubun bədi özfəaliyyət kollektivinin ifasında səhnəciklər göstərilmişdir.

 

138.3 KB

 

60.9 KB

 

58.3 KB