Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümumilli liderin həyatı və hakimiyyət illəri haqqında məruzələr təşkil olunub

10.06.2021

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Paşan, Höytala, Yolayrıc, Maqov kənd tam orta məktəblərində Ümumilli lider Heydər Əliyevin həyatı və hakimiyyət illəri haqqında ətraflı məruzələr ilə çıxış ediblər.

Şagirdlərə 15 iyun tarixi haqqında məlumat verilərək bildirilib ki,1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq, inkişaf təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır.

 Heydər Əliyev Mərkəzi tərəfindən 15 İyun – Milli Qurtuş Günü ilə əlaqədar olaraq şəhər vəkənd məktəblərinin Mərkəzə ekskursiyalarıda təşkil olunmaqdadır.

 

134.5 KB

 

130.5 KB

 

148.9 KB