Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda online mühazirə təşkil edilib

10.06.2021

İyunun 9-da Şəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda videokonfrans formatında online mühazirə keçirildi. Online mühazirədə Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəki Regional Asan Xidmət könüllüləri, Şəki MKS-nin 9 nömrəli kitabxana filialının nümayəndələri iştirak etdilər.
Mərkəzinin bələdçisi Heydər Əliyev və Azərbaycan ədəbiyyatı mövzusunda geniş mühazirəni dinləyicilərə çatdırdı. Mühazirəsində qeyd etdi ki, hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür. Ulu öndər hakimiyyətə gəldiyi ilk dönəmlərdə - 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi.
Tarixə nəzər saldıqda görürük ki, ulu öndər Heydər Əliyev 60-70-ci illərdə olduğu kimi, 80-cı illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz iş idi.
1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirilmişdir.
O həmçinin 27-31 oktyabr 1980-cı il Bakıda keçirilən dünya yazıçılarının “Ədəbiyyatların dostluğu - xalqların dostluğudur” Ümumittifaq Konfransını təşkil edərək, dünya yazıçılarını bir araya yığmağı bacarmışdır.
Günümüzdə də Möhtərəm Prezidentimiz İlham Əliyev yeni tarixi epoxanın ədəbiyyat siyasətini formalaşdırır və ardıcıl olaraq inkişaf etdirir. Müstəqil Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni ədəbiyyat axtarışlarının və çağdaş ədəbi nəslin meydana çıxması, ərsəyə gəlməsi ilə nəticələnir. Müasir dövrün ədəbiyyat siyasəti Azərbaycançılıq məfkurəsinin daha da zənginləşdirilməsinə xidmət edir.

 

72.4 KB

 

574.6 KB

 

502.1 KB