Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatalanın Qımır və Çobankol kənd kitabxana filialllarının təşkilatçılığı ilə “Aşıq Ələsgər möcüzəsi” adlı videokonfrans keçirili

04.05.2021

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.

Bu ifadələr Zaqatala rayon MKS-nin Qımır və Çobankol kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə keçirilən “Aşıq Ələsgər möcüzəsi” adlı videokonfransda səsləndirilib. Konfransı giriş sözü ilə Qımır kənd kitabxanasının kitabxanaçısı Arzu Qaracayeva açdıqdan sonra Çobankol kənd kitabxana filialının müdiri İradə Nurullayeva məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından irəli gələn məsələlərin icrası ilə əlaqədar olaraq Zaqatala rayon MKS-də silsilə tədbirlər həyata keçirilir. Aşıq Ələsgərin  Azərbaycan aşıq sənətindəki yeri əvəzedilməzdir. Onun şeirlərindəki sadəlik, axıcılıq, diləyatımlılıq illər keçsə belə sənətkara olan sevgimizin hər zaman olacağına səbəb və sübutdur.

Daha sonra Çobankol kənd kitabxanasının multimedia mütəxəssisi Saniyət Nəbiyevanın “Aşığın qoşmalarının təhlili” mövzusunda və əməkdaş Arzu Qaracayevanın  aşığın yaradıcılığı haqqında çıxışları dinlənilib. Konfrans Çobankol kənd kitabxanasının oxucularının səsləndirdiyi “Dağlar” qoşması ilə sona çatıb.

 

281.5 KB

 

262.1 KB

 

223.3 KB