Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Sincan kəndində Şəhid Tural Məmmədovun doğum günü münasibətilə anım tədbiri keçirilib

03.05.2021

Oğuz rayon Sincan kəndində Şəhid Tural Məmmədovun doğum günü münasibətilə anım tədbiri keçirilib. Yaşasaydı onun 26 yaşı tamam olacaqdı. Mərasimdə Sincan kənd kitabxanasının əməkdaşları, kənd sakinləri, Tural Məmmədovun əzizləri və doğmaları Şəhid qəhrəmanın kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. 

Sonra Sincan kənd kitabxanasının müdiri Ramiyyə Əzizova Tural Məmmədovun həyat və döyüş yolu haqqında məlumat verib,  kitabxananın fəal oxucuları Selcan Nəbizadə və Zəka Şahsubutov Tural Məmmədov haqqında yazılan şeiri səsləndiriblər.

 

140.7 KB

 

132.3 KB

 

190.4 KB