Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qaxın Ləkit kənd kitabxanasının fəal oxucusu “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsində növbəti məlumatı yayımlayıb

03.05.2021

Qaxın Ləkit kənd kitabxanasının fəal oxucusu, kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Rəna Cəfərli “Şəhidlərimizi tanıyaq və tanıdaq“ layihəsi çərçivəsində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuş Məhərrəmov Şamo Mətləb oğlu haqqında məlumatı sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Məlumatda Şəhidin həyat və döyüş yolu öz əksini tapıb. Bildirilib ki, 44 günlük II Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Məhərrəmov Şamo Mətləb oğlu ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü “və “ Şuşanın azad olunması” medalları ilə təltif olunmuşdur.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir Şəhid məzarına rast gəlməyək. Unutmamalıyıq ki, Vətən uğrunda, onun azadlığı və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur.Şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir. Əbədiyaşar Şəhidlərimiz təkcə bu gün deyil, hər gün bizim yaddaşlarımızda yaşayacaq və anılacaqdır.

 

158.4 KB