Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mərkəzi kitabxanasının əməkdaşları Şəhid Təbriz Əliyevin ailəsinə baş çəkiblər

03.05.2021

Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da Şəhid ailələrinin, döyüşlərdə yaralanan qazilərimizin, müharibə iştirakçılarının problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır. Rayonun rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş Şəhidlərimizin ailələrini, yaralanan şəxsləri mütəmadi olaraq evlərində ziyarət edir, onlarla həmsöhbət olur, problemləri ilə maraqlanır, maddi və mənəvi dəstək göstərirlər.

Bu baxımdan Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxananın əməkdaşları Güldənə Mirzəyeva və Şahnaz Məmmədova 44 günlük Vətən Müharibəsinin Tərtər istiqamətində gedən döyüşlərində qəhrəmancasına Şəhidlik məqamına ucalan Əliyev Təbriz Tofiq oğlunun ailəsinə baş çəkiblər.

Görüş zamanı bildirilib ki, Əliyev Təbriz Tofiq oğlu 2001-ci ildə avqustun 8 də Qax şəhərində anadan olub. 2007-2017-ci illərdə Şəhər 3 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Sonra təhsilini Qax Peşə Liseyində davam etdirib. 2020-ci il iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. 15.10.2020-ci il tarixində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuş Tofiq Əliyev Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

33.6 KB

 

50.8 KB