Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Baş Daşağıl kəndində Şəhid Beyrək Fezullayevin xatirəsi anılıb

30.04.2021

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı və Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbinin kollektivləri Şəhid Beyrək Fezullayevin məzarını ziyarət ediblər.

Məzarın önünə toplaşan ziyarətçilər onunla bağlı xatirələrini səsləndirib, ruhuna dualar oxuyublar. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətli hərbi qulluqçusu Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə iştirak edib və oktyabrın 4-də qəhrəmancasına Şəhid olub.
Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.

 

371.8 KB

 

207.7 KB

 

183.8 KB