Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Rəqs Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

30.04.2021

Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanasında karantin qaydalarına əməl etməklə Beynəlxalq Rəqs Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

MKS-nin direktoru Güllü Əhmədova tədbiri açaraq, Beynəlxalq Rəqs Gününün tarixi haqqında məlumat verib. Bildirilib ki, 1982-ci il 29 apreldə Beynəlxalq Teatr İnstitutu (BTI), YUNESKO və QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən bu günün qeyd olunmasına qərar verilib. Məhz, həmin tarixin "Beynəlxalq Rəqs Günü" kimi keçirilməsi müasir baletin atası sayılan fransız baletmeystri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jean Georges Noverrenin doğum günü ilə bağlıdır. Xalqımızın rəqs sənətinin tarixi kökləri lap qədimə gedib çıxır. Hələ on min il bundan əvvəl Qobustan qayalarında naməlum rəssamlar həm fərdi, həm də kütləvi rəqslərin ayrı-ayrı məqamlarını həkk etmişlər. Həmin nadir yadigarlar bizə çox şey deyir. Qədim rəqs incilərimizi unutmağa haqqımız yoxdur. Çünki bu rəqslərimiz Azərbaycan xalqının yüzillərdən bəri yaratdığı incəsənətimizin, mədəniyyətimizin , keçmiş həyatımızın tarixi olmaqla yanaşı, gələcəyimizin ən mühüm təməl daşlarından biridir.

Sonra mövzu ətrafında digər iştirakçıların çıxışları dinlənilib və milli paltarda olan məktəbli qızlar rəqs nümunələri ifa ediblər.

 

208.1 KB

 

177.9 KB

 

164.2 KB