Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakənin Kortala kənd Diyarşünaslıq evinin əməkdaşları Şəhid məzarlarını ziyarət ediblər

30.04.2021

Balakənin Kortala kənd Diyarşünaslıq evinin əməkdaşları Vətən müharibəsinin Şəhidləri Xəqani Nəsibov və Əsgər Hüseynovun məzarlarını ziyarət ediblər.

Ziyarətçilər məzarların üzərinə gül-çiçək dəstələri düzüb, onların əziz xatirələrini yad ediblər. Bildirilib ki, Nəsibov Xəqani  Suqovuşan  uğrunda gedən döyüşlər zamanı Şəhid olmuş, ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. "Vətən uğrunda" və "Xocavəndin azad edilməsi" medalları ilə təltif edilmiş Əsgər Hüseynov isə Xocavənd uğrundakı döyüşlərdə Şəhadətə yüksəlib.

 

327 KB

 

299.5 KB

 

270.7 KB