Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mərkəzi Kitabxanasında “Ziyarətə çevrilmiş ünvanlar” adlı kitabın onlayın müzakirəsi keçirilib

29.04.2021

Qax rayon Mərkəzi kitabxanasının “Canlı rubrika”sında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə "Ziyarətə çevrilmiş ünvanlar" adlı kitabın onlayın müzakirəsi keçirilib. Kitabxananın əməkdaşları Sevinc Abakarova və Aygül Rəhimlinin aparıcılığı ilə keçirilən müzakirədə gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı və elmi yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirib ki, Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək Vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

 

161.9 KB

 

132.5 KB

 

127.9 KB