Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsində “Ümumdünya Əməyin mühafizəsi Günü” münasibətilə vebinar keçirilib

29.04.2021

Aprelin 28-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsində “Ümumdünya Əməyin mühafizəsi Günü” ilə əlaqədar “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” mövzusunda vebinar keçirilib. Vebinarda MİHİ Şəki rayon komitəsinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların ilk həmkarlar təşkilatın sədrləri, Əməyin mühafizəsi üzrə iş komissiyasının və Gender bərabərliyi və qadın problemləri üzrə iş komissiyalarının sədrləri iştirak ediblər. Tədbiri giriş sözü ilə MİHİ Şəki rayon komitəsinin sədri R.Məmmədov açaraq, BƏT-ın təşəbbüsü ilə 2003-cü ildən 28 aprel gününün Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edildiyini, burada əsas məqsədin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması olduğunu vurğulayıb. Qeyd edilib ki, son illərdə rayon komitəsi tərəfindən əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə müvafiq bir sıra tədbirlər həyata keçirilmiş, müəsisə və təşkilat rəhbərliyi ilə bağlanılmış Ərazi Kollektiv Müqavilələrdə əməyin mühafizəsi bölməsi daha ətraflı şəkilə öz əksini tapmışdır. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Cəmilə xanım Səttarovanın tapşırıq və tövsiyyələrinə əsasən rayon komitəsi tərəfindən ittifaq üzvlərinin sağlamlığının qorunması üçün görülən tədbirlər nəticəsində əmək xəsarəti və peşə xəstəliklərinin qarşısının alınması təmin edilmişdir. Sonra Mədəniyyət İşçiləri Həmkarlar Respublika komitəsinin sədrinin 20 aprel 2021-ci il tarixli 57 saylı məktubu və AHİK-nin 19 aprel 2021-ci il tarixli 52/16 N-li məktubu ilə əlaəqdar COVİD-19 pandemiyası ilə mübarizə məqəsdilə “Böhranı qabaqlamaq və ona hazır olmaq- dayanıqlı əməyin mühafizəsi sistemində inzestisiya qoymaq” şüarı ilə irəli sürülmüş tədbirlərin yerinə yetirilməsi vəziyyətindən danışılıb. Daha sonra Əməyin mühafizəsi üzrə iş komissiyasının sədri R.Hacızəkəryəyev, komitənin rəyasət heyətinin üzvü S.Vahabov, Gender bərabərliyi və qadın problemləri üzrə iş komissiyasının sədri Ş.Əsgərova, MİHİ Şəki rayon komitəsinin təlimatçısı N.Əliyeva, Şəki Regional Mədəniyyət İdarəsinin həmkarlar təşkilatının sədri M.Məmmədova və 4 saylı uşaq musiqi məktəbinin həmkarlar təşkilatının sədri S.Mustafayev çıxış edərək, əməyin mühafizəsi sahəsində görülən işlərdən danışıb, qarşılıqlı fikir nübadiləsi aparıblar.

 

49.3 KB

 

81.9 KB

 

49.2 KB