Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər Mərkəzi Kitabxanasında görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günü münasibətilə videokonfrans keçirilib

29.04.2021

Şəki şəhər Mərkəzi Kitabxanasında Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın doğum günü münasibətilə “Şəfalı əllər” mövzusunda videokonfrans keçirilib. Şəki şəhər Mərkəzi Kitabxanası və Şəki MKS-nin filial işçilərinin iştirak etdikləri videokonfransda MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Kəmalə İsmayılova oftalmoloq alim Zərifə xanım Əliyeva haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Sonra digər iştirakçıların çıxışları dinlənilib və çıxışların sonunda Zərifə Əliyevanın doğum günü ilə əlaqədar MKS əməkdaşları tərəfindən hazılanmış videoçarxlar barədə məlumat verilib.

 

136.8 KB