Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzində II Qarabağ Müharibəsinin qaziləri ilə görüş keçirilib

24.09.2021

Qax rayon Heydər Əliyev Mərkəzi və şəhər 2 saylı kitabxananın birgə təşkilatçılığı ilə II Qarabağ Müharibəsinin qaziləri ilə görüş keçirilib.

Tədbirdə ilk öncə Mərkəzin bələdçisi Lalə Nəcəfova qonaqları mərkəzin ekspozisiya zalı ilə tanış edib və sonra tədbir dəyirmi masa arxasında səmimi söhbətlə davam edib. Düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizdən Emil Dəmirçiyev, Eynar Məhəmmədov, Təbriz Cavadzadə, Nəbi Vəliyev və Fərid Kərimov müharibədə yaşadıqları gərgin anlardan, eyni zamanda keçdikləri şərəfli döyüş yolu barədə söhbət açıblar.

Daha sonra Mərkəzin direktoru Nərminə Omarova və tədbirin digər qonaqları olan Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova, Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və Qax rayon MKS-nin direktoru Güllü Əhmədova çıxışlarında qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimzi ürəkdən təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd ediblər.