Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər

II Qarabağ savaşında Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmişdir

20.10.2021

 Ermənilər 30 ilə yaxın idi ki, Azərbaycanın ərazi bütövlüyü pozaraq torpaqlarımızın 20%-ni işğal etmişdilər.Bu illər ərzində ermənilər dəfələrlə atəşkəs rejimini pozmaqla öz işğalçı niyyətlərini hər dəfə sübut edirdilər. Azərbaycan Ordusu həmişə düşməni cavab atəşi ilə susdurub.
   Nəhayət, 27 sentyabr 2020-ci ildə-müharibənin ilk günü ermənilər yeniden atəşkəs rejimini pozdular.Bu dəfə Azərbaycan Ordusu, Azərbaycan əsgəri düşmənə cavabında daha dəqiq və qərarlı idi.Azərbaycan Ordusunun məqsədi öz dədə-baba torpaqlari düşməndən  azad etmək idi-özünün olan torpaqlarını özünə geri qaytarmaq idi.
   27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ savaşında  Azərbaycan Ordusu, Azərbaycan əsgəri böyük şücaət göstərdi.Hər bir Azərbaycan əsgəri qanının son damlasına qədər mərdliklə vuruşaraq Azərbaycanın əzəli torpaqlarını geri qaytarmağa çalışıb.Döyüş meydanında qəhrəmanlıq və peşəkarlıq nümayiş etdiriblər.Ermənilər 30 ilə yaxın idi ki, işğal edilmiş bizim torpaqlarımızda istehkamlar, müdafiə zolağı qurub, dağlara yerləşib, bütün yüksəklikləri götürmüşlər.Azərbaycan Ordusu aşağıdan yuxarıya doğru inamla irəliləliyiblər.
  Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölümə getdiklərini bilə-bilə cəsarətlə vuruşdu.Azərbaycan xalqının dəstəyi, böyük inamı Azərbaycan Ordusunu daha da həvəsləndirirdi.Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqları azad etmək idi.İstəmirdilər ki, bu müharibə gələcək nəsillərə qalsın. Ordumuzun hər bir üzvü Ali Baş Komandanın "dəmir yumruq" şüarı altında bir polad kimi əyilməz olmuşdur.    

     Azərbaycan Ordusu döyüş zamanı əlinə silahı, çiyininə yaralı yoldaşını və Şəhidimiz alaraq döyüşdü.Düşmənə göz açmağa imkan vermədi.Və nəhayət dağları, yüksəklikləri dırmaşaraq məğlub etdi.Biz bir xalq olaraq bu qələbəyə inanırdıq, çünki Azərbaycan Ordusunun şücaətinə 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərində şahid olmuşduq.Beləliklə, Azərbaycan  Ordusu 44 günlük savaşı uğurla başa çatdıraraq öz əzəli torpaqlarını işğalçılardan azad etmiş və  tarixi ədaləti bərqərar etmişdir.

 Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev