Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Səhiyyə

Qax

Rayon əhalisinə 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları,10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xidmət göstərilmişdir. Hesabat ilində Rayon Mərkəzi Xəstəxanasında 125 nəfər həkim, 418 nəfər orta tibb işçisi çalışmışdır. Hər 10 000 nəfərə 22 həkim, 74 nəfər orta tibb işçisi düşür.
Rayonda 530 nəfər diabetli xəstə , 228 onkoloji xəstə var. 2011- ci ildə 72 nəfər yeni diabetli,73 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür. Bunlardan başqa 660 nəfər ruhi xəstə, 32 narkomaniyalı, 45 nəfər talassemiyalı və hemofiliyalı, 18 nəfər xroniki böyrək çatışmamazlığı olan xəstələrdir.Ümumiyyətlə, rayonda 1800 nəfərə yaxın imtiyazlı , aztəminatlı ailələr vardır ki, bunlar pulsuz dəramnlarla il boyu təmin olunurlar.
2011-ci ildə tikintisinə başlanılmış Əlibəyli kəndində yeni xəstəxana binasının və Güllük kəndində həkim məntəqələrində son tamamlama işləri aparılır.