Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Qax

Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəliyində 33 kitabxana, 16 mədəniyyət evi, 8 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix Diyarşünaslıq muzeyi, İ.Dağıstanlı xatirə muzeyi), Rəsm Qalereyası və İncəsənət məktəbi olmaqla 62 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə  381 nəfər işçi çalışır.

 

              İÇƏRİ BAZAR MƏDƏNİYYƏT - TURİZM MƏRKƏZİ


      Yerli feodal, İlisu sultanı Adı Görklü bəy XVI əsrdə Qax qalasını tikdirmişdir. Bu günki Qax şəhəri  inşa tarixi XVI əsrə aid edilən, inventar № 4545 olan “Qax qala qapısı və divarları”-nın yerləşdiyi və yerli əhali tərəfindən “İçəribazar” adlandırılan qala kompleksinin, həmçinin XVIII əsrə  aid inventar № 4565 olan “Qaxmuğal” məscidinin ərazisi daxilindən genişlənərək müasir görkəmini almışdır.

İçəribazar XIX əsrin sonları XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirmişdir.
Qaxda turistlər üçün maraq kəsb edən görməli yerlərdən biri də İçəribazardır. "İçəribazar qala kompleksini"-səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Hal-hazırda “İçəribazar” özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək iaşə müəssisələri, dükanlar tikilmiş, əhalinin və turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə konsert proqramlarının keçirilməsi üçün  yaşıl teatr fəaliyyət göstərir.

 

125.4 KB