Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Mədəniyyət

Oğuz

OĞUZ RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ

AZ - 4800 Oğuz şəhəri H.Əliyev küç. 112.tel: (111) 5-21-00, 5-24-06: faks: 5-21-00

Oğuz rayon mədəniyyət və tuirzm şöbəsinin şəbəkəsində 27 klub müəssisəsi, o cümlədən 1 rayon, 3 kənd mədəniyyət evi, MKS və onun 31 filialı, rayon tarix - diyarşünaslıq muzeyi, H.Əliyev muzeyi, 7 - illik uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı vardır. Rayonda dövlət qeydiyyatına götürülmüş 32 tarix - mədəniyyət abidəsi mövcuddur.
Rayonun mədəniyyət və turizm şöbəsində 227 nəfər işçi çalışır.
Hazırda rayonun mədəni - maarif müəssisələrinə aşağıdakılar rəhbərçilik edirlər.
- Baxışova Ulduz Baxışalı qızı - mədəniyyət və turizm şöbəsinin müdiri
- Miayılova Səhər Mustafa qızı - MKS - nin direktoru
- Bəbirov Nadir Qədir oğlu - UMM - nın direktoru
- Xuduyeva Arizə Əmirxan qızı - Tarix - diyarşünaslıq muzeyinin direktoru
- Abbasova Mehriban Adil qızı - H.Əliyev muzeyinin direktoru
- Mikayılova Şərqiyyə Bayram qızı - rayon mədəniyyət evinin direktoru
Bu müəssisələrin rəhbərləri ali təhsillidir.

Oğuz rayonunda yerləşən tarixi - abidələr haqqında

məlumat

 

1. Surxay xan qalası - (XVIII əsr) inv № - si 315 - ölkə əhəmiyyətli.
2. Qala - (XVIII əsr) inv № - si 316 - ölkə əhəmiyyətli.
3. Qalabaşı yaşayış yeri - (XVI - XVIII əsr) inv № - si 5977 -yerli əhəmiyyətli.
4. Gavur qala - (VI - XIV əsr) inv № - si 1650 - ölkə əhəmiyyətli.
5. Balaşum yaşayış yeri- (XI - XVII əsr) inv № - si 1651 - ölkə əhəmiyyətli.
6. Cümə məscidi - (XIX əsr) inv № - si 4947 - yerli əhəmiyyətli.
7. Adıl körpüsü - (XIX əsr) inv № - si 4948 - yerli əhəmiyyətli.
8. Məscid - (XX əsr) inv № - si 4949 - yerli əhəmiyyətli.
9. Daşüz körpüsü - (XX əsr) inv № - si 4950 - yerli əhəmiyyətli.
10. Qala piri - (VII-XIV əsr) inv № - si 1637 - ölkə əhəmiyyətli.
11. Qala qalıqları - (VI-XIV əsr) inv № - si 1638 - ölkə əhəmiyyətli.
12. Nekropol - (tunc, dəmir dövrü) inv № - si 1639 - ölkə əhəmiyyətli.
13. Qala yaşayış yeri - (V-VIII əsr) inv № - si 1640 - ölkə əhəmiyyətli.
14. Nekropol - (tunc və ilk dəmir ) inv № - si 1641 - ölkə əhəmiyyətli.
15. Oğuz qalası - (V-VIII əsr) inv № - si 4938 - yerli əhəmiyyətli.
16. Alban kilsəsi - (V-VIII əsr) inv № - si 4939 - yerli əhəmiyyətli.
17. Kilsə - (V-VIII əsr) inv № - si 4940 - yerli əhəmiyyətli.
18. Qala yeri - (V-VIII əsr) inv № - si 1642 - ölkə əhəmiyyətli.
19. Türbə - (XV əsr) inv № - si 4942 - yerli əhəmiyyətli.
20. Nekropol (Qarabaldur) - (e.ə.IV əsr) inv № - si 1643 - ölkə əhəmiyyətli.
21. Molla qoruğu (Qarabalqır) - (I-IV əsrlər) inv № - si 1644 - ölkə əhəmiyyətli.
22. Govursandıq - (son orta əsrlər) inv № - si 1645 - ölkə əhəmiyyətli.
23. Böyük və kiçik qala - (antik dövr) inv № - si 1646 - ölkə əhəmiyyətli.
24. Tikanlı qoruq yaşayış yeri - (III - VIII əsrlər) inv № - si 1647 - ölkə əhəmiyyətli.
25. Məscid və minarə - (XIX əsr) inv № - si 4946 - yerli əhəmiyyətli.
26. Məscid - (XIX əsr) inv № - si 4945 - yerli əhəmiyyətli.
27. Məscid - (XIX əsr) inv № - si 4944 - yerli əhəmiyyətli.
28. Calud yaşayış yeri - (orta əsrlər) inv № - si 1648 - ölkə əhəmiyyətli.
29. Pir - (orta əsrlər) inv № - si 1649- ölkə əhəmiyyətli.
30. Məbəd - (orta əsrlər) inv № - si 4941 - yerli əhəmiyyətli.
31. Alban nekropolu - (orta əsrlər) inv № - si 5976 - yerli əhəmiyyətli.
32.Qüllə - (XIV əsr) inv № - si 4942- yerli əhəmiyyətli.

Son vaxtlar Oğuz rayonunun Kərimli kəndində 5 kurqan abidəsi aşkara çıxarılmışdır. Həmin kurqanların 2 - də qazıntı işləri aparılmış və çox qiymətli əşyalar aşkar olunmuşdur. Həmin kurqanlarda tikinti işləri başa çatdıqdan sonra maraqlı turizm abyektlərinə çevriləcəklər.

Oğuz rayonunda turizmin inkişaf etdirilməsi ilə əlaqədar görülmüş işlərə dair

MƏLUMAT

2008 - ci ildə rayonumuzda "Afra - otel" krort biznes mərkəzi istifadəyə verilmişdir. Həmin otelin açılışında ölkə prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Oteldə 65 turist və qonağın istirahəti üçün hər cür şərait vardır. Oteldə hər il beynəlxalq və ölkə əhəmiyyətli maraqlı tədbirlər keçirilir.
Son illər Oğuzda bir sıra turizm obyektləri də istifadəyə verilmişdir. Bu obyektlərdən Baş Daşağıl kəndindəki "Saf təbiət", şəhərin şimalında yerləşən "Oğuz" istirahət mərkəzləri, "Palma" , "Oğuz eli", "Gözəllik" ailəvi istirahət mərkəzləri rayonun qonaqlarına və turistlərə nümunəvi xidmət göstərirlər. Keçən il rayonun Xaçmaz kəndində və şəhər ərazisində yeni turizm obyektləri istifadəyə verilmişdir.

Kişik Oğuz şair və yazıçıları, elm və incəsənət adamları ilə də seçilmişdir. XIX əsrin birinci yarısında yaşamış Mücrim Kərim Vardani və Abdulla Padarlı Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin ən qüdrətli nümayəndələri olmuşlar. XX əsrdə Oğuzdan onlarla elmlər namizədi və doktorlar yetişmişdir. Onların bəziləri respublikamızda tanınmış alim və ziyalılar olmuşlar.

MÜCRİM KƏRİM VARDANİ

XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Ruma, Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir.
Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır.
Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona "Sünbülüstan" adı vermişdir.
Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində "Sünbülüstan" adı ilə Bakıda çap etdrmişdir.
Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır.

ABDULLA PADARLI

Oğuzun Padar kəndində doğulmuş, mükəmməl təhsil almış, ərəb və fars dillərinə yiyələnmişdir. İqdisadi cəhətdən ağır həyat keçirmiş, baramaçılıqla məşğul olmuşdur.
Bir müddət Ağdaş rayonu ərazisində yaşamış, burada mədrəsədə oxumuş, sonra təhsilini Dəməşq şəhərində (Suriya) davam etdirmişdir. Ərəbistanı, İranı, Türkiyəni, Qafqazı səyahət etmişdir. Müasirlərindən Qasım bəy Zakir, Mücrim Kərim Vardani, Qəmnak Şəkili və digərləri ilə sıx əlaqə saxlamış, Şirvan şairlərinin "Beytülsəfa" adlı ədəbi məclisinin iştirakçısı olmuşdur.
Abdulla Padarlının "Nəsihətnamə" adlı əlyazması Bakıda əlyazmalar fondunda saxlanılır. Yazdığı şerlərinin əksəriyyəti lirik qoşmalardan və realist şer nümunələrindən ibarətdir. Qoşmalarında Aşıq Ələsgər gözəlləmələrinin təsiri duyulur.
A.Padarlının seçilmiş şerlərinin professor Əzizə Cəfərzadə 1974-cü ildə ayrıca kitabça şəklində Bakıda çap etdirmişdir.

AŞIQ ƏHMƏD

Əhməd Mustafa oğlu XIX əsrin ilk illərində indiki Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. O, az bir müddət molla yanında olduqdan sonra aşıqlığa meyl göstərmiş, Şamaxıya gedərək Aşıq Səmədin şagirdi olmuş, təxminən 10 ilə yaxın bir dövrdə ondan aşıq sənətinin sirlərini öyrənmişdir. Gözəl səsə malik olub yaxşı məclis aparmağı, oynamağı,səlis danışmağı bacardığı, coxlu dastanlar bildiyinə görə tezliklə Aşıq Əhmədin adı Qəbələ, Ərəş, Şəki, Göycay və Şirvan mahallarına yayılır. O, nəinki bu mahallarda, hətta Dağıstanda da, bir cox toy şənliklərində çalıb oxumuşdur.
Gənc yaşlarında Nazlı adlı bir qızı sevir, lakin yoxsul olduğu üçün ala bilmir və buna görə də ömrü boyu evlənmir, sevgilisinin xəyalı ilə yaşayır.
Aşıq Əhməd 1830- 1850- ci illər arasında, əsasən Ağdaşda yaşamışdır. Ömrünün son illərini doğma kəndində keçirmiş, tez- tez Vardanlıya- Mücrüm Kərimin yanına gedib onun təşkil etdiyi ədəbi məclisin yığıncaqlarında iştirak etmişdir.
Aşıq Əhməd haqqında cəmi 2 yazılı məlumat vardır. Bunlar onun həmyerliləri və dostları Mücrüm Kərim Vardani və Abdulla Padarlının yazdıqları şerlərdir.
Təxminən 1869- 70- ci illərdə vəfat etmiş və vəsiyyətinə əsasən doğma kəndindən xeyli aralıda yerləşən bir təpənin üstündə dəfn olunmuşdur.

SALEH MUSTAFA OĞLU QAZIYEV

Saleh Mustafa oğlu Qazıyev 1883-cü ildə Oğuz rayonunu Xaçmaz kəndində dünyaya göz açmış, 1926-cı ildən etibarən ömrünü Azərbaycanda arxeologiya elminin inkişafına sərf etmişdir.
1934-1937-ci illərdə Azərbaycan Tarixi muzeyində elmi işçi və direktor olmuş, 50-ci illərin əvvələrindən ömrünün sonuna qədər isə Elmlər Akademiyasının Tarix institutunda arxeologiya və etnoqrafiya şöbəsinə rəhbərlik etmiş, eyni zamanda Dövlət Universitetinin tarix fakultəsində mühazirələr oxumuşdur.
S.M.Qazıyev 1946-1953-cü illərdə həyata keçirilmiş Mingəçevir arxeoloji ekspedisiyasına rəhbərlik etmiş və aşkar edilmiş 20 mindən artıq abidəyə ilk dəfə arxeoloji təsnifat vermişdir. Məşhur şair Səməd Vurğun həmin illərdə Mingəçevirdə tez-tez olardı və özünün "Muğan" poemasında Saleh Qazıyevə həsr etdiyi "Qoca alim" adlı şerində yazmışdır.
Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,
Qoca alim saxsı yığıb, yer altından tarix yazır.
Mingəcevir kompleksindən sonra həmyerlimiz Saleh Qazıyev qonşu Qəbələ rayonunda, Qafqaz Albaniyasının ilk paytaxtı olan qədim Qəbələ şəhərinin xarabalıqlarında ( indiki Çuxur Qəbələ kəndi yaxınlığında) geniş qazıntı işlərində rəhbərlik etmiş və "Qəbələ arxeoloji ekspedisiyası" əsərinin I cildində bu iş haqqında geniş məlumat vermişdir.
C. M. Qazıyev 1956- 1958-ci illərdə doğma Oğuz (o zaman Vartaşen adlanırdı) rayonunun Vardanlı (indi Kərimli adlanır) kəndi yaxınlığında qazıntılar aparmış və əldə edilən əşyalar əsasında tapılmış abidələrin eramızdan əvvəl I minilliyə aid olması müəyyən edilmişdir. 1957-ci ildə o, eyni zamanda, Qazax və Ağstafa ətrafındakı abidələri də tədqiq etmişdir.
Görkəmli alim, tarix elmləri namizədi Saleh Qazıyev "Azərbaycan abidələri " (1948-ci il) bə "Qədim Mingəcevir" (1950) kitablarının müəllifidir, 4 cildlik "Azərbaycanın maddi mədəniyyəti" məcmuəsinin redaktoru olmuşdur. Sağlığında "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri və bir neçə medal ilə təltif edilmişdir.

ELMƏDDİN ƏLİBƏYZADƏ

Filologiya elmləri doktoru, mübariz dilçi, ədəbiyyatşünas, türkoloq, mədəniyyət tariximizin ən qədim dövrlərinin tədqiqatçısı Elməddin Əlibəyzadə "Avesta"nın, "Bilqamus" dastanının, "Orxan Yenisey" kitabələrinin, "Kitabi Dədə Qorqud"un, Nizami yaradacılığının xalqımızın mədəniyyət tarixində tutduğu yeri cəsarətlə, qeyrətlə, keçmişimizə, soykökümüzə sədaqətlə araşdıran böyük alimdir.
Elməddin Məhəmməd oğlu Əlibəyzadə 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olmuşdur. Kənddəki natamam orta məktəbi əla qiymətlərlə bitirmişdir. Sonra Şəki pedaqoji texnikumunda təhsil almışdır. Balakən rayonunda müəllim işləmişdir. 1941-45-ci illər müharibəsi dövrünün çətinliklərinə baxmayaraq təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Universitetini bitirmiş, aspiranturada oxumuşdur. Aspirantura təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Dilçilik İstitutunda işləməyə başlamışdır.
1954-cü ildə "Cəlil Məmmədquluzadənin Azərbaycan dilinin saflığı uğrunda mübarizədə rolu" mövzusunda dissertasiya müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsi almışdır.
1956-cı ildə Yerevan Dövlət Pedaqoji İstitutunda, 1957-58-ci illərdə Tbilisi Dövlət Pedaqoji İstitutunda işləmişdir. Sonra Bakıya qayıdıb yenidən Azərbaycan Elmlər Akademiyasında fəaliyyətini davam etdirmişdir. Hazırda Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işləyir.
57 ilə yaxın Elmlər Akadimiyasında çalışan Elməddin Əlibəyzadənin 13 kitabı, respublika mətbuatında və xaricdə (İraq və Türkiyə) 300-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
"Molla Pənah Vaqifin həyat və fəaliyyəti", "İmadəddin Nəsimi", "Aşıq Ələsgər", "Ədəbi şəxsiyyət və dil", "Qədim dünyamızın ulu kitabı", "Ana kitabələr", "Aəzrbaycan xalqının mənəvi mədəniyyət tarixi", "Kitabi Dədə Qorqud", "İqrar Əliyevin əleyihinə 9 məqalə və ona üç əlavə", "Nizami və tariximiz", "Avesta" "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir", "Qisseyi Yusif" kitablarının müəllifidir.

ƏLFƏDDİN ABDULLAYEV

Əlfəddin Abdullayev Oğuz rayonunuun Xalxal-Qışlaq kəndində 1929-cu ilin aprel ayının 2-də anadan olmuşdur. İlk təhsilini rayon məktəbində almış, 1948-ci ildə sənədlərini tibb inustitutuna vermiş, müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1950-ci ildə institutu bitirmiş, təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandq rayonuna işə göndərilmişdir. Əvvəllər Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir.
Üş il Qazaxıstanda işlədikdən sonra 1955-ci ildə Azərbaycana, doğma rayona qayıdır. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləyir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur. 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi alır. 1965-ci ildən 1968-ci ilə qədər səhiyyə nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləyir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləyir, tələbələrə dərs deyir. 1965-ci ildən 1969-cu ilə qədər tibb universiteti "Tibb kadrları" qəzetinin retaktoru olur. 1970-ci ilin iyulun 1-dən Bakı şəhəri Fuad Əfəndiyev adına 4 saylı klinik xəstəxanasının baş həkimi təyin olunur. Həmin tarixdən əvvəl işlədiyi kafedrada əvəzçilik üzrə yarım ştat ilk vaxtlar assisent, sonra isə dosent işləyir. Əlfəddin Abdullayev baş həkim olduğu xəstəxanada tibb universitetinin dörd kafedrası yerləşirdi.

ZİYAFƏT ƏLİYEVA

Ziyafət Mustafa qızı Əliyeva 1945- ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. İbtidai təhsili həmin kənddə, yeddillik təhsili Kərimli kəndində alıb. Tütünçü işləyən anasına kömək edən, bu peşənin sirlərinə erkən yaşlarından yiyələnməyə başlayır. Z. Əliyeva 1960- cı ildən tütüncü kimi əmək fəaliyyətinə başlayıb.
Zəhmətdən qorxmayan, hər il 4-4,3 ton tütün istehsal edən Ziyafət Əliyevanın şöhrəti tezliklə bütün respublikaya yayıldı. Qabaqcıl tütünçü "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görüldü.
Təhsilini yarımçıq qoyaraq əmək meydanına atılan Ziyafətin arzularının ən böyüyü ali təhsil almaq idi. Oxumaq təhsil almaq arzusuna çatmaq üçün çətin bir yol keçdikdən sonra qiyabi oxumağa başlayıb, orta təhsilini başa vuraraq atestat alıb. 1983- ildə qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı İnstitunun aqronomluq fakultəsinə daxil olub. Alim- aqronom ixtisası ilə institutu bitirib.Z. Əliyeva 1984- 1987- ci illərdə briqadir, 1988-ci ilin əvvəllərindən 1992- ci ilin 8 iyununadək " Qələbə" sovxozunun direktoru vəzifəsində çalışıb.

Rayonun klub müəssisələri haqqında

 

 Sıra № - si  Adı, soyadı  Təhsili  İş yeri  Vəzifəsi
 1  Mahmudova Aybəniz  orta  Qumlaq kənd klubu  müdir
 2  Səmədova Aygün  orta ixtisas  Qumlaq kənd klubu  mədəni - kütləvi işçi
 3  Eyyubova Təhminə  orta ixtisas  Şirvanlı kənd klubu  müdir
 4  Mahmudov Nəsrullah  orta ixtisas  Şirvanlı kənd klubu  mədəni - kütləvi işçi
 5  Cəbrayılova Arzu  orta ixtisas  Tatfılı kənd klubu  müdir
 6  Ağayeva Ətrabə  orta ixtisas  Tatfılı kənd klubu  mədəni - kütləvi işçi
 7  Əhmədov Ruslan  orta  Qarabulaq kənd klubu  müdir
 8  Kərimova Flora  orta  Qarabulaq kənd klubu  mədəni - kütləvi işçi
 9  İsmayılov Abil  orta  Astarxanovka kənd klubu  müdir
 10  Əzizov Zaur  orta  Astarxanovka kənd klubu  mədəni - kütləvi işçi
 11  Məmmədəliyeva Səyyarə  orta  Böyük Söyüdlü kənd klubu  müdir
 12  Novruzov Mikayıl  orta  Böyük Söyüdlü kənd klubu  mədəni - kütləvi işçi
 13  Kərimova Məşuqə  orta  Padar kənd klubu  müdir
 14  Mahmudova Arzu  orta ixtisas  Padar kənd klubu  mədəni - kütləvi işçi
 15  Daşdəmirov Söynalı  orta ixtisas  Yemişənli kənd klubu  müdir
 16  Hacıalıyeva Xanımzər  orta ixtisas  Yemişənli kənd klubu  mədəni - kütləvi işçi
 17  Salahov Əşrəf  orta ixtisas  Dəymədərə kənd klubu  müdir
 18  Salahova Leyla  orta  Dəymədərə kənd klubu  mədəni - kütləvi işçi
 19  Abbasova Rəsmiyyə  orta ixtisas  Xalxal kənd klubu  müdir
 20  Allahverdiyev Azad  orta  Xalxal kənd klubu  mədəni - kütləvi işçi
 21  Ulubəyova Sevil  orta  Xalxal-Qışlaq kənd klubu  müdir
 22  Muradova Dilruba  orta  Xalxal-Qışlaq kənd klubu  mədəni - kütləvi işçi
 23  Məmmədov Ələsgər  orta  Zərrab kənd klubu  müdir
 24  Həşimov Mircəlal  orta  Zərrab kənd klubu  mədəni - kütləvi işçi
 25  Əfəndiyev Şahin  orta  Ərmənət kənd klubu  müdir
 26  Ağayeva Qönçə  orta  Ərmənət kənd klubu  mədəni - kütləvi işçi
 27  Sərkərova Naimə  orta  Baş Daşağıl kənd klubu  müdir
 28  Mustafayev Sərxan  orta  Baş Daşağıl kənd klubu  mədəni - kütləvi işçi
 29  Abbasov Hicran  ali  Calud kənd klubu  müdir
 30  Abbasova Esmira  orta ixtisas  Calud kənd klubu  mədəni - kütləvi işçi
 31  Çələbiyeva Xatirə  ali  Bayan kənd klubu  müdir
 32  Əmirahova Ramilə  orta ixtisas  Bayan kənd klubu  mədəni - kütləvi işçi
 33  Dadaşova Seyran  orta  Filfilli kənd klubu  müdir
 34  Cavadova Nuriyyə  orta ixtisas  Filfilli kənd klubu  mədəni - kütləvi işçi
 35  İsmayılov Şair  orta ixtisas  Sincan kənd klubu  müdir
 36  Lətifova Gülbəniz  orta  Sincan kənd klubu  mədəni - kütləvi işçi
 37  Qasımova Simuzər  ali  Kərimli kənd klubu  müdir
 38  Əfəndiyeva Natəvan  ali  Kərimli kənd klubu  mədəni - kütləvi işçi
 39  İsgəndərova Nübar  orta  Bucaq kənd klubu  müdir
 40  Baxışova Aynur  ali  Bucaq kənd klubu  mədəni - kütləvi işçi
 41  Rəşidov Nəcəf  orta  Yenikənd kənd klubu  müdir
42  Tağıyeva Rübabə  orta  Yenikənd kənd klubu  mədəni - kütləvi işçi
 43  Gülməmmədova Elza  orta ixtisas  Xaçmaz kənd klubu  müdir
 44  Məmmədov Savalan  orta ixtisas  Xaçmaz kənd klubu  mədəni - kütləvi işçi
 45  Kərimov İbrahim  orta ixtisas  Xaçmaz - Qışlaq kənd klubu  müdir
 46  Xəlilov Emin  orta  Xaçmaz - Qışlaq kənd klubu  mədəni - kütləvi işçi
47  Babayev Hacı  orta  Xaçmaz kənd mədəniyyət evi  müdir
 48  Babayeva Şəkər  orta  Xaçmaz kənd mədəniyyət evi  bədii - rəhbər
 49  Məmmədova Dəyanət  orta ixtisas  Xaçmaz kənd mədəniyyət evi  metodist
 50  Şəfiyeva Gülşən  orta ixtisas  Xaçmaz kənd mədəniyyət evi  mədəni - kütləvi işçi
 51  Manafova Təranə  orta ixtisas  Yaqublu kənd mədəniyyət evi  müdir
 52  Şirinova Sədaqət  orta  Yaqublu kənd mədəniyyət evi  bədii - rəhbər
 53  İsmayılov Müşviq  orta  Yaqublu kənd mədəniyyət evi  metodist
 54  Şunqarov Mehman  orta  Yaqublu kənd mədəniyyət evi  mədəni - kütləvi işçi
 55  Kərimova Nurlanə  ali  Muxas kənd mədəniyyət evi  metodist
 56  Manafov Məmməd  orta ixtisas   Muxas kənd mədəniyyət evi  müdir
 57  Əhmədov Şirinbəy  orta ixtisas  Muxas kənd mədəniyyət evi  bədii - rəhbər
 58  İbrahimova Elnarə  orta ixtisas  Muxas kənd mədəniyyət evi  mədəni - kütləvi işçi

 Mərkəzi Kitabxana Sİsteminin filiallarında çalışan işçilər haqqında məlumat

 Sıra № - si  Adı, soyadı  Təhsili  İş yeri  Vəzifəsi
 1 Simanduyeva Maretta  orta ixtisas  Oğuz şəhər kitabxanası  baş kitabxanaçı
 2 İdrisova Qətibə   orta  Muxas kənd kitabxanası  kitabxanaçı
 3 Əzizova Təhmilə   orta  Xaçmaz-Qışlaq kənd kitabxanası  kitabxanaçı
 4 Nəsibova Fidurə  ali  Kərimli kənd kitabxanası  baş kitabxanaçı
 5 Ağababayeva Ruziyə  ali  Qumlaq kənd kitabxanası  baş kitabxanaçı
 6 Əzizova Ramiyyə  ali  Sincan kənd kitabxanası  baş kitabxanaçı
 7 Mütəlibova Sevil  orta ixtisas  Bucaq kənd kitabxanası  kitabxanaçı
 8 Müzəffərova Aynur  orta ixtisas  Xaçmaz kənd kitabxanası  kitabxanaçı
 9 Abdullayeva Mahniyar  orta ixtisas  Xalxal - Qışlaq kənd kitabxanası  kitabxanaçı
 10 Mehdiyeva Aynurə  orta  Şirvanlı kənd kitabxanası  kitabxanaçı
 11 Həmzəyeva Nəzakət  orta  Tayfılı kənd kitabxanası  kitabxanaçı
 12 Hacıyeva Səbirə  orta  Mollalı kənd kitabxanası  kitabxanaçı
 13 Mustafayeva Maygül  orta  Astarxanovka kənd kitabxanası  kitabxanaçı
 14 Nurməmmədova Nigar  orta  Bayan kənd kitabxanası  kitabxanaçı
 15 Hacıyeva Zivər  orta ixtisas  Xaçmaz kənd kitabxanası  kitabxanaçı
 16 Rəsulova Gülmirə  orta ixtisas  Tərkeş kənd kitabxanası  kitabxanaçı
 17 Abdullayeva İzulə  orta ixtisas  Dəymədərə kənd kitabxanası  kitabxanaçı
 18 İbrahimova Sevil  orta  Qarabaldır kənd kitabxanası  kitabxanaçı
 19 Hüsenova Nəzakət  orta ixtisas  Ərmənət kənd kitabxanası  kitabxanaçı
 20 Ənsərova Məsmə  orta  Calud kənd kitabxanası  kitabxanaçı
 21 Mirzəyeva Gövhər  orta  Yemişənli kənd kitabxanası  kitabxanaçı
 22 Süleymanova Ceyhunə  orta  Qarabulaq kənd kitabxanası  kitabxanaçı
 23 Məmmədova Kamilə  orta ixtisas  Padar kənd kitabxanası  kitabxanaçı
 24 Məmmədova Turac  orta  Xaçmaz kənd kitabxanası  kitabxanaçı
 25 Məmmədova Eminəxatun  orta  Baş Daşağıl kənd kitabxanası  kitabxanaçı
 26 Mikayılov Kamran  orta  Top kənd kitabxanası  kitabxanaçı
 27 Allahverdiyeva Sahibə  orta ixtisas  Zərrab kənd kitabxanası  kitabxanaçı
 28 Verdiyeva Tovuz  orta ixtisas  Filfilli kənd kitabxanası  kitabxanaçı
 29 Əhmədova Aidə  ali  Yaqublu kənd kitabxanası  kitabxanaçı
 30 Hüseynova Almaz  orta  Böyük - Söyüdlü kənd kitabxanası  kitabxanaçı
 31 Lətifova Məleykə  orta ixtisas  Kərimli 0,5 kənd kitabxanası  kitabxanaçı
 32 Abbasova Ülviyyə  orta ixtisas  Xalxal kənd kitabxanası  kitabxanaçı