Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Balakən

Balakən rayonunda RTŞ-ın tabeliyində 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər və 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 35-i tam orta, 10-u ümumi orta , 4-ü ibtidaidir. Rayonda İnternat ümumi orta və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir.
Son 10 ildə məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində vüsət almış tədbirlər cari ilin hesabat dövründə də davam etmişdir. Məktəb tikintiləri və təmirləri ilə yanaşı məktəblərin avadanlıq və tədris vəsaitləri ilə təchizatına da diqqət yetirilmişdir. Rayonun məktəblərində hər 19 nəfər şagirdə 1 kompüter düşür. 22 məktəbdə kompüterlər sürətli internet şəbəkəsinə qoşulmuşdur.
2013-2014-cü tədris ilinin başlanğıcında ümumtəhsil məktəblərində 11669 şagird məktəbə cəlb edilmiş, məktəblərdə onların təlim və tərbiyəsi üçün normal şərait yaradılmışdır.
Hesabat ilində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi və məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, məktəblərdə aparılan təmir işləri vaxtında tamamlanmışdır.
2012-2013-cü tədris ilinin buraxılış imtahanlarında həm IX, həm də XI siniflərdə nəticələr əvvəlki illərlə müqayisədə yüksək olmuş, müvəffəqiyyət faizi XI siniflər üzrə 87,4, IX siniflər üzrə 67 faiz təşkil etmişdir.
2013-cü ildə ümumtəhsil məktəblərinin XI sinfini 772 nəfər şagird bitirmişdir. Məzunlarımızdan 6 nəfəri xüsusi nümunəli attestat və qızıl medala layiq görülmüşlər. 2012-ci ildə isə 2 nəfər məzun qızıl medala layiq görülmüşdü. Tam orta məktəb pilləsini bitirənlərin 338 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında güclərini sınamış, 240 nəfər tələbə adını qazanmışdır. 5 məzun 600-dən, 25 məzun isə 500-dən yuxarı bal toplamış, tələbə adını qazananların sayı əvvəlki ilə nisbətən 48 nəfər çox olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli "2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" Sərəncamı ilə Nizami adına şəhər 1 saylı tam orta məktəbi də qalib elan edilmiş və birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhslinin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsində, təhsil işçiləri qarşısında daha böyük vəzifələr qoymuş, yaxın gələcəkdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətlərini müəyyən etmişdir.

Uşaq Yaradıcılıq Mərkəzi:
Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildə Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlara
təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 20 qrupda profilli dərnəklərə 300 məktəbli cəlb edilmişdir. 6 qrupu müəssisədə, 14-u ümumtəhsil
məktəblərində fəaliyyət göstərir. Müəssisədə "Bədii qiraət", "Toxuculuq","Təbiəti mühafizə", "Evdarlıq" dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə 14 nəfər ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir.

Uşaq Texniki Yaradıcılıq Mərkəzi
Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 20 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 5 adda dərnəyə "Bacarıqlı əllər", "Texniki ekologiya", "Əyləncəli fizika","Gənc dizayner", "İbtidai texniki modelləşdirmə" 300 məktəbli cəlb olunmuşdur.
Qrupların 4-ü şəhər,16-i kənd məktəblərində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər. 12 nəfər pedaqoji işçi çalışır və ixtisasa uyğun dərnəklər aparırlar.

Ekiloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
1986-cı ildən rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Orada əsas məqsəd Respublikanın təbiətini qoruyub saxlamaq, indiki və gələcək nəsillərə sağlam həyat bəxş etmək üçün ekoloji təhsil və tərbiyəni düzgün inkişaf etdirməkdir.
Məktəbdə 9 dərnək və 20 qrup fəaliyyət göstərir ki, həmin dərnəklərə 300 nəfər məktəbli cəlb edilmişdir. 2 dərnək mərkəzdə, digərləri isə ümumtəhsil məktəblərində fəaliyyət göstərir.Mərkəz "Dərman bitkiləri", "Yaşıl aləm", "Zoologiyanın əsasları", "Məişət ekologiyası","Bitkiçilik","Heyvanların mühafizəsi", "Bitkilər və ətraf mühit", "Gülçülük və ailə" və "Heyvanların ekologiyası" dərnəkləri yaradılmışdır.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində 11 nəfər pedaqoji işçi çalışır. Onların hər biri ixtisaslarına uygun dərtnəklər aparırlar.

Uşaq Gənclər İdman Məktəbi
1982-ci ildən Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərir.Müəssisədə 4 adda 51 qrup fəaliyyət göstərir.Futbol, Voleybol,Sərbəst güləş və Yunan Roma güləşi üzrə təşkil edilmiş dərnəklərə 658 nəfər məktəbli cəlb edilmişdir. Dərnəklərdən 17-i şəhər mərkəzində, 34-ü isə kənd ümumtəhsil məktəblərində fəaliyyət göstərir.Məktəblərə cəlb edilmiş gənclərdən Azərbaycan və Avropa çempionu var.
Uşaq Gənclər İdman Məktəbində 38 nəfər pedaqoji işçi çalışır ki, onların hər biri ixtisaslarına uyğun dərnəklər aparırlar.Məşqçilərdən İsmayıl Çöpsiyev və Əsədullah Mərdanovun yetirmələri müxtəlif miqyaslı yarışlarda daim fərqlənirlər. 2010-cu ildə Uşaq Gənclər İdman Məktəbi Respublikada kənd rayonları arasında "İlin ən yaxşı idman məktəbi" nominasiyasında I yeri tutmuşdur.
Son 2 ildə bu məktəbin aşağıdakı nailiyyətləri olmuşdur.
Voleybol- yeniyetmələrin VII Respublika oyunları.Oğlanlar-III yer
Yunan Roma güləşi-Yeniyetmələr arasında Respublika birinciliyi-2 nəfər-I yer, Bakı şəhəri 2011-cu il.

Gürcüstan Respubliksında Beynəlxalq turnir 2 nəfər -II yer, Rustavi şəhəri 2011-ci il.

1996/1997-ci il təvəllüdlülər arasında Respublika birinciliyi 2 nəfər -I yer
1994/1995-ci il təvəllüdlülər arasında Respublika birinciliyi 1nəfər -II yer, 1 nəfər -III yer, Bakı şəhəri 2011-ci il.
Yeniyetmələr arasında Avropa birinciliyi, Varşava şəhəri 2011-ci il.
Yeniyetmələr arasında dünya birinciliyi, Budapeşt 1 nəfər II, 1 nəfər III yer
Gənclər arasında beynəlxalq turnir . Türkiyə 2011-ci il .İstanbul şəhəri 1 nəfər III yer .
Rəşid Məmmədbəyovun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında beynəlxalq turnir 1 nəfər -III yer

Uşaq Gənclər Şahmat Məktəbi
Uşaq Gənclər Şahmat Məktəbi 1982-ci ildən rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir, 43 qrupa 400 nəfər şagird cəlb olunmuşdur.Qrupların 25-ı şəhərdə, 18-ı isə kənd ümumtəhsil məktəblərində fəaliyyət göstərir. 43 nəfər məşqçı- müəllim məşğul olur ki, hər biri ixtisaslı kadrdır.


Balakən rayonunda olan tanınmış ziyalılar
Rəbiyyət Nurullah qızı Aslanova - Bakı Dövlət Universiteti -fəlsəfə elmləri doktoru, professor, Millət vəkili, Milli Məclisin İnsan Hüququları Daimi Komissiyasılnın sədri.
Yaqub Mikayıl oğlu Mahmudov- AMEA tarix institutunun direktoru, AMEA müxbir üzvü, Millət vəkili.
Tofiq Yusif oğlu Baharov - Azərbaycan Dövlət Neft Akademiyası, Kafedra müdiri, geologiya və mineralogiya elmləri doktoru.
Şəhrəddin Mühiddin oğlu Məmmədov - Azərbaycan Dövlət Neft Akademiyası, professor
Rzaqulu Zeynal oğlu Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyası, fizika İnstitutu, fizika-riyaziyyat elmləri doktoru.
Zeynəddin Camələddin oğlu Hacıyev - Bakı Dövlət Universiteti, professor
Əli Ömər oğlu Hüseynov - Bakı Dövlət Universiteti,iqtisad elmləri doktoru,professor.
Hacı İsa oğlu Heydərov- Azərbaycan Tibb Universiteti, fəlsəfə elmləri doktoru.
Qurban Müzaməddin oğlu Əhmədov- Milli Elmlər Akademiyası, fizika institutu, baş elmi işçi, fizika-riyaziyyat elmləri namizədi.
Mustafa İsmayıl oğlu Mustafayev -Azərbaycan Neft Akademiyası-dosent, texniki elmlər namizədi.
Həqiqət M.Hacı qızı Hacıyeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti-müəllimə, biologiya elmləri namizədi
Qurban Zeynalabid oğlu Əzizov - Azərbaycan Milli Elmlər Akademiyası , Toppaqşünaslıq institutu , biologiya elmlər namizədi
Nigar Tələt qızı Qarayeva - Hərbi qospitalda həkim, tibb elmlər namizədi
Şaban Məhəmməd oğlu Abdurahmanov-Azərbaycan İqtisad universiteti, kimya elmlər namizədi
Leyla Qalib qızı Əfəndiyeva - Tibb elmlər namizədi ,azərbaycan Tibb Universitetində müəllimə
Gülnarə Əsəbəli qızı Əzizova-İqtisad elmlər namizədi, İqtisadiyyat Universitetində müəllimə.