Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Təhsil

Qax

İl ərzində rayonda 56 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 16 ümumi orta, 9 ibtidai məktəb fəaliyyət göstərmiş, 7373 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1272 nəfər müəllim məşğul olmuşdur. Onlardan 1093 nəfəri ali (85,9%), 179 nəfəri (14,1%) orta ixtisas təhsillidir.

Rayonun 36 məktəbəqədər tərbiyə müəssisəsində 1830 nəfər uşaq ictimai tərbiyəyə cəlb olunmuş, 4 məktəbdənkənar müəssisədə 1068 nəfər şagirdin asudə vaxtı səmərəli təşkil edilmişdir.
Dərs ilinin yekunlarına görə 616 nəfər I sinifdən II sinfə( ötən il 646 nəfər) , 774 nəfər( ötən il 843 nəfər) isə IX sinifdən X sinfə keçmişdir. 774 nəfər orta təhsil haqqında şəhadətnamə , 541 nəfər isə tam orta təhsil haqqında attestat almışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən "Ən yaxşı məktəb ", "Ən yaxşı müəllim" respublika müsabiqəsində şəhər 4 nömrəli tam orta məktəb iştirak etmiş və müsabiqənin qalibi olmuşdur.
Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri rayon, zona, respublika, beynəlxalq səviyyəli tədbirlərdə uğurlu nəticələr əldə etmişlər. Belə ki, "İnepo- Avrasiya" beynəlxalq müsabiqəsində şəhər 2 nömrəli orta məktəb- lliseyin şagirdləri Elmir Muxtarov və Minayə Əhmədzadə ( müəllim Rəna Əhmədova)II yeri tutaraq "gümüş" medal almışlar . Norveç Təbiəti Mühafizə cəmiyyəti və Azərbaycan Gənclər İttifaqının "Enerji və resurslardan istifadə üzrə beynəlxalq məktəbli layihəsi Olimpiadası" çərçivəsində keçirilən "Enerji və ətraf mühit" müsabiqəsinin milli turunda rayonun 2,4,5 №-li məktəblərin müəllim və şagirdləri rayonumuzu təmsil etmiş, uğurlu nəticələr qazanmışlar. Həmin müsabiqədə iştirak edən 4 №-li tam orta məktəbin şagirdləri Pərvanə Hacıyeva və Ayşən Hacızadə( müəllim Nəzakət Əzimova) , şəhər 2 nömrəli orta məktəb liseyin şagirdləri Səmra Şabanova və Yusif Yusifli( müəllimi Rəna Əhmədova) I yer tutmuşlar.

2011-2012-ci il tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini bitirmiş 444 nəfər məzundan 299-u ali məktəblərə ərizə vermiş, 297 nəfəri isə qəbul imtahanlarında iştirak etmişdir. Qəbulun nəticələrinə görə ötən dərs ilində 154 nəfər , bu il 160 nəfər tələbə adını qazanmışdır.Otən tədris ilində 600 -dən cox bal toplayanlarin sayi 16 nəfər idisə,təəsufki bu tədris ilində həmin tələbələrin sayi 8 nəfərdir. Onlardan 3-ü 1 nömrəli, 3-ü 2 nömrəli şəhər, 1-i Qum, 1-I isə Ləkit kənd orta məktəbinin məzunudur. Ən yüksək nəticəyə IV qrup üzrə 667 bal toplayaraq ATU-nun tələbəsi adını qazanmış şəhər 1 nömrəli orta məktəbin şagirdi Sənan Rzalı nail olmuşdur. Məzunlardan 27 nəfəri 500-700 arası bal toplamış, 5 nəfərin topladığı bal 580- 600 intervalında olmuşdur. Ali məktəbə qəbulda yüksək nəticə şəhər 2 nömrəli(80-dan 46-sı), şəhər 1 nömrəli (17-dən 12-si), Almalı kənd tam orta (21-dən 12-si), Qum kənd tam orta(14-dən 11-i)məktəblərində əldə olunmuşdur.

Rayon üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 56%- dir . 656 beşyaşlı uşağın 394- ü uşaq bağçalarından məktəbə yola salınacaqdır.