Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Təhsil

Zaqatala

Məktəb tərəqqinin, inkişafın, təkamülün təməl daşıdır. Müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, "hər şeydən kəsib təhsilə vermək lazımdır",-demişdir. Ulu öndərin elm və təhsil siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hal-hazırda Zaqatala rayonunda 67 ümumtəhsil məktəbi, 39 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində təhsil alan 17784 şagirdin təlim-tərbiyəsi ilə 2928 müəllim məşğul olur. Siniflərin sayı 1123, sinif komplektlərinin sayı 1095-dir. (2001-ci ildə şagird sayı 24855, müəllim sayı 2861).
10 il ərzində xüsusilə 2006-2011-ci illərdə 24 yeni məktəb və əlavə korpus tikilmiş, 16 məktəb əsaslı təmir olunmuşdur.
"Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı" sayəsində əhəmiyyətli işlər görülmüş, 2005-2007-ci illəri əhatə edən Proqrama əsasən rayonun ümumtəhsil məktəblərinə Neft Şirkəti, Təhsil Nazirliyi tərəfindən 651 ədəd kompüter, 15 ədəd Noutbuk, 39 çap qurğusu, 5 proyektor və digər İKT avadanlığı verilmişdir. Rayonda V-XI siniflərdə hər 17 şagirdə , I-XI siniflərdə 27 şagirdə 1 kompüter nisbəti təmin edilmişdir. 16858 şagirdə düşən kompüter dərs saatının sayı 0,06-dır. 96 informatika müəlliminin 80 nəfəri kompüter üzrə ixtisaslıdır.
2008-2011-ci illərdə Təhsil Nazirliyi ilə Mədəd Humanitar təşkilatının birgə layihəsi olan "İntel gələcək üçün təhsil" proqramı çərçivəsində, həmçinin AMİ-nun Zaqatala filialında təşkil edilmiş kompüter kurslarına rayonun bütün müəllimləri cəlb edilib. 17 məktəb internet şəbəkəsinə qoşulub. Z.Əliyeva adına lisey, Humanitar fənlər gimnaziyası, şəhər 1, 3 saylı və sair məktəblərdə kompüter dərslərinin yüksək səviyyədə keçirilməsinə, şagirdlərin internet xidmətindən lazımı formada istifadə etməsinə baxmayaraq digər məktəblərdə bu sahədə xeyli iş görülməlidir.
10 ildə TQDK-nin xətti ilə ali məktəbə qəbul olunanların sayı 1558 nəfər olub ki, onlardan 61 nəfəri 600-dən çox bal toplayıb, 4 nəfəri Prezident təqaüdü alır. (Səfərəliyev Şamil, Ağabalayeva Gülnar, Hacıyev Ramil, Ləman Məmmədli).
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 3 məktəb (Humanitar fənlər gimnaziyası, şəhər 3 və 1 saylı məktəb), ən yaxşı müəllim müsabiqəsində 6 müəllim (Yetər Aşurova, Məhsəti Qazıyeva, Səadət Baqqayeva, Səfər Raziyev, Afət Əfəndiyeva, Bahar İsmayılova) qalib olmuş, 6 nəfər əməkdar müəllim (Zümrüd Ağakişiyeva, Nəzakət Məmmədova, Gülzadə Nadirova, Tahir Məmmədov, Məsumə Əfəndiyeva, Nərminə Umarova) 5 nəfər tərəqqi medalı ilə təltif olunmuşdur. (Sevil Əfəndiyeva, Afət Əfəndiyeva, Xalisət Qardaşova, Fatma İsrafilova, Pərixanım Şabanova). 10 ildə Respublika fənn olimpiadalarında 33 şagird I-III yerləri tutmuş, 12 nəfəri inşa yazı müsabiqəsinin mükafatçısı olmuşdur. 10 şagird 11-ci sinfi ABŞ-da bitirmişdir.
MRX, kənd sahə xəstəxanaları və tibb məntəqələri şagirdlərin sağlamlığını daim diqqətdə saxlayır. 7 məktəbdə tibb bacısı, 1 məktəbdə həkim ştatı vardır.
67 məktəbin 36-da idman zalı vardır ki, burada futbol, voleybol, basketbol, tennis, gimnastika, həndbol idman növləri üzrə komandalar fəaliyyət göstərir. İdman zallarının maddi texniki bazası orta səviyyədədir,əksəriyyəti əsaslı təmirlidir.
Rayonda "Şahin" Respublika hərbi idman oyunları üzrə tam orta məktəblərdə 49 komanda, "Cəsurlar" Respublika hərbi idman və turizm oyunları üzrə tam və ümumtəhsil müəssisələrində 62 komanda yaradılmışdır. Zona yarışlarında tez-tez 1-ci yeri tutan Danaçı 1 və 2 saylı məktəbin komandaları Bakı şəhərində keçirilən Respublika final mərhələsində 7 dəfə iştirak etmiş, 3-cü, 4-cü və sair yerləri tutmuşlar. Digər komandaların nəticələri rayon turundan kənara çıxmamışdır.
Rayonda 1 internat məktəbi var, orada 317 şagird təhsil alır.

2013-cü ildə Dövlət Proqramına əsasən dövlət vəsaiti hesabına Muxax kənd 03 saylı ümumi orta, Sabunçu kənd ümumi orta, Zəyəm və Bazar kənd tam orta məktəbləri, yeni yaşayış massivində Heydər Əliyev fondu hesabına 120 yerlik "Tumurcuq" körpələr evi uşaq bağçası, 600 şagird yerlik Bəhmətli kənd tam orta məktəbi tikilmiş, açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. 07 may 2012-ci il tarixdə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində 22 məktəbin Tala 1,2,3,4 saylı, Sumaylı, Göyəm, Əliabad 3 saylı, Faldarlı, Danaçı 1,2 saylı, Çobankol, Suvagil 1,2 saylı, Mamrux, Gözbarax kənd tam orta, Qarqay, Çüdüllübinə, Ələsgər, Kürdəmir kənd ümumi orta məktəbi, Danaçı 04 saylı ibtidai məktəbi qəzalı vəziyyətə düşmüş və Fövqəladə Nazirliyi tərəfindən həmin məktəblərin tikintisinə başlanmışdır. Onlardan Şəhər 02 saylı, Danaçı 1,2,4 saylı, Gözbarax, Mamrux, Suvagil 1,2 saylı, Aşağı Tala 1,5 saylı, Faldarlı, Sumaylı, Əliabad 3 saylı, Göyəm, Çobankol və Ələsgər məktəbləri tikilərək istifadəyə verilmişdir. Humanitar fənlər Gimnaziyası, Əliabad 01 saylı, Şəhər 03 saylı, Uzuntala, Əlibayramlı, və Yolayrıc kənd tam orta məktəblərində bərpa təmir işləri aparılaraq istifadəyə verilmiş, Yuxarı Tala 2,4 saylı tam orta məktəblərində tikinti işləri davam etdirilir. Aşağı Tala 03 saylı tam orta məktəbində son tamamlanma işləri aparılır. Rayonda fəaliyyət göstərən 67 ümumi təhsil müəssisəsindən 57-si bir tipli layihə əsasında tikilmiş binalarda, Humanitar fənlər təmayüllü Gimnaziya və Mosul kənd tam orta məktəbi uyğunlaşdırılmış bir tipli layihə əsasında, Əliabad qəsəbə 02 saylı tam orta, Yolayrıc kənd tam orta, Car kənd ümumi orta, Kebeloba kənd ümumi orta və Uzunqazmalar kənd ümumi orta məktəbləri isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirlər.

Məktəbdənkənar tədris müəssisələri

Uşaq Yaradıcılıq Mərkəzi 12 otaq və 200 nəfərlik akt zalı olan binada yerləşir, tam təmirlidir. 25 dərnək üzrə 93 qrupda 1395 şagirdlə 44 müəllim məşğul olur.
2001-ci ildə 20 dərnək üzrə 100 qrupda 36 müəllim məşğul olub. Məşğələlər 1994-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş proqramlar əsasında keçirilir. Şagirdləri Respublika müsabiqələri, mahnı və dostluq festivallarında dəfələrlə laureat olub, rəsm-plakat, rəqs, foto, biçmə-tikmə, yumşaq oyuncaq nominasiyaları üzrə dəfələrlə I-III yerləri tutublar. 2011-ci ildə Fövqəladə Hallar uşaqların gözü ilə müsabiqəsində 3 nəfər 1-ci, 2 nəfər 2-ci, 1 nəfər 3-cü yeri tutmuşdur.

Texniki Yaradıcılıq Mərkəzində 13 dərnək üzrə 107 qrupda 1302 şagirdlə 44 müəllim məşğul olur. 10 sinif otağı var, uyğunlaşdırılmış, əsaslı təmirli binadır.
2010-11-ci illərdə Respublika müsabiqəsində 2-1-ci yer, 1, 3-cü yer. 2001-ci ildə 12 dərnək, 120 qrup, 1444 şagird, 37 müəllim olub.

Uşaq Gənclər İdman məktəbində basketbol, futbol idman növü üzrə 55 qrupda 810 şagirdlə 34 məşqçi müəllim çalışır. Rəhbəri əməkdar idman ustasıdır.
2001-ci ildə 58 qrupda 844 şagirdlə 36 müəllim məşğul olub.

Ekoloji Tərbiyə və təcrübəçilik mərkəzinin maddi-texniki bazası 2 otaqdan və 300 kvm tədris-təcrübə sahəsindən ibarətdir. Mərkəzdə 28 müəllim işləyir. 10 adda 42 qrup fəaliyyət göstərir. Cəlb olunan şagirdlərin sayı 630 nəfərdir. Binanın əsaslı təmirə və inventara ehtiyacı vardır. İllik büdcə vəsaiti 34.628 AZN -dir.

Şahmat idman gənclər məktəbi əsaslı təmir olunmuş binada yerləşir. 5 məşq otağı, 1 yarış zalı vardır. 77 qrupa 965 nəfər cəlb olunub, 44 pedaqoji işçi çalışır.
Müasir yeni avadanlıqla, Kombi istilik sistemi, 9 kompüter, 2 printer, 1 proyektor və digər texniki avadanlıqla təmin olunub. 3 il yeniyetmələrin respublika olimpiadası rayonda keçirilib.
Hər il 1 nəfər respublika və ya beynəlxalq yarışın qalibi olub.