Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
İqtisadiyyat

Zaqatala

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda taxılçılıq, tütünçülük, meyvəçilik, gülçülük, çayçılıq, bostan və tərəvəz bitkiçiliyi, heyvandarlıq sahələri inkişaf etmişdir. Rayon ərazisinin 55,7 faizinin və ya 75,2 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir.
Rayonda sənaye sektoru, o cümlədən emal sənayesi də kifayət qədər inkişaf etmişdir. 27 sənaye müəssisəsinin 78,1 faizi emal sənayesi ilə məşğul olur. Sənayedə istehsal olunan məhsulun 81,0 faizi qida sənayesinin payına düşür.
Zaqatala rayonu zəngin təbii ehtiyatlara malikdir. Rayon turizmin, mebel sənayesinin, tikinti sənayesinin, ovçuluğun, dərman bitkiləri tədarükü və emalı sənayesinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanlara malikdir.
Ümumi ərazinin 37,8 faizdən çoxunu və 51,0 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir. Meşələrdə 4,5-6 milyon kub metr oduncaq ehtiyatı vardır. Mövcud meşələrin 85 faizi dağlıq ərazidə yerləşir, su, torpaqqoruyucu, hava təmizləyici və estetik gözəllik mənbəyi kimi müstəsna əhəmiyyətə malikdir.
Zaqatala meşələrində qiymətli ağac növlərindən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağacı, qarağac və s. ağac növləri vardır ki, bunlardan mebel sənayesində istifadə edilə bilər.
Tikinti materialları sənayesini inkişaf etdirmək üçün rayonda əhəng daşı, qum, gil, çay daşı və s. ehtiyatlara malikdir ki, bu da rayonda asfalt, sement, silikat kərpic, dəmir beton məmulatlarının istehsalını inkişaf etdirməyə imkan verir.
Ərazinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər aça bilər. Ərazidə həm respublika vətəndaşlarının, həm də xarici vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri (Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s.) mövcuddur. Zaqafqaziyada təşkil edilmiş ilk qoruq sayılan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Qoruğu (ərazisi 47.4 min ha.) ekoturizmin inkişafı üçün əvəzsizdir.
Rayonun ərazisi mürəkkəb coğrafi relyefə malikdir. Alazan vadisindən başlayaraq 40-50 kilometr məsafədə hündürlük 350 metrdən 3000 metrə qədər yüksəlir. Bu da ərazidə yaşayan heyvanların növ müxtəlifliyinə və onların artıb çoxalmasına əlverişli şərait yaradır. Odur ki, respublikada mövcud olan 340 quş növündən 104-ü, 92 növ məməlidən 42-ı rayon ərazisində mövcud arsallar üzrə yayılmışdır. Rayonun bioekoloji xüsusiyyətləri, o cümlədən Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə özəl ovçuluq təsərrüfatı yaradıla bilər. Bu təsərrüfat həmçinin həmin ərazilərdə geniş yayılmış dərman bitkilərinin tədarükü və emalı ilə də məşğul ola bilər. Dərman bitkilərinin tədarükü və emalı sənayesinin inkişafı üçün rayonun ərazisində 1000-ə qədər bitki növü, o cümlədən 50-ə qədər dərman bitkiləri mövcuddur.

Əsas təsərrüfat fəaliyyəti haqqında məlumat

Dövlət başçısının imzaladığı bir sıra Dövlət Proqramları, ilk növbədə regionların tarazlı, dinamik inkişafını, qeyri-neft sektorunun möhkəmləndirilməsini, infrastrukturun yeniləşdirilməsini təmin edən 11 fevral 2004-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər) rayonun aqrar, sənaye tikinti və xidmət sahələrinin daha da inkişaf etməsinə zəmin yaratmışdır.
Bu proqram qəbul edildikdən sonra rayonun iqtisadi göstəriciləri ildən-ilə artmış, iqtisadi potensialın səmərəli istifadəsinə nail olunmuş, sahibkarlığın inkişafı daha da sürətlənmiş, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Zaqatala aqrar sənaye rayonudur və istehsal olunan məhsulun 60 faizi kənd təsərrüfatı məhsullarının payına düşür. Taxılçılıq, tərəvəzçilik, gülçülük, çayçılıq, tütünçülük, heyvandarlıq sahələri aqrar sektorun ən çox əmək tutumlu sahələri hesab edilir.
Rayonun ümumi əkin strukturunun 38 faizi taxıl, 20 faizi yem bitkiləri, 28 faizi bağçılıq məhsulları istehsalı məqsədi ilə istifadə olunması göstərir ki, ərazidə buğda, arpa, qarğıdalı, fındıq, şabalıd əkinləri ilə yanaşı maldarlıq sahəsi də inkişaf etmişdir.
Rayonun təsərrüfatlarında il ərzində orta göstərici olaraq 18 min ton payızlıq taxıl, 23 min ton dən qarğıdalı, 12 min kartof, 17 min ton tərəvəz, 23 min ton meyvə-fındıq, 800 ton diri çəkidə ət, 38 min ton süd, 13 milyon ədəd yumurta istehsal olunur.
Sənaye və tikinti rayon iqtisadiyyatının aparıcı sahələridir və istehsal olunan məhsulun 35 faizi bu sahələrin payına düşür. Rayonda fındıq ləpə, fermentləşdirilmiş tütün, alkoqollu və alkoqolsuz içkilər, quru çay, gül yağı, çörək və çörək məmulatı, qoz və gül mürəbbələri və digər sənaye məhsulları istehsal olunur.
Son illərdə rayonda bəzi sənaye müəssisələri-o çümlədən "Çay" MMC, "Azərsun" MMC, Gül emalı zavodu, Danaçı kəndində mövcud kərpic sexi istehsal fəliyyətlərini bərpa etmiş, "Drujba" MMC, "Aqro-vest" MMC, Beton məmulatları zavodu yaradılmış, rayonun Əliabad qəsəbəsində, Mosul və Yuxarı Tala kəndlərində fındıq emalı, Əli Bayramlı, Dombabinə, Muğanlı, və Danaçı kəndlərində çörəkbişirmə sexləri, "Naib-bulaq", "Ləzzət", "Pəri Qala", "Ağ bulaq" mineral su istehsalı sexləri fəaliyyət ğöstərməyə başlamışdır.
Tütünçülüyün inkişafı üçün rayonda "İnter Tabacco" MMC tərəfindən illik istehsal gücü bir növbəli iş rejimində 3000 ton olacaq tütün emalı zavodu tikilir və yaxın vaxtlarda tikintisi başa çatacaqdır. "Gilan" MMC tərəfindən tikilən və gündəlik istehsal gücü 20 ton olan süd emalı zavodunda tikinti işləri davam edir.

Rayonda yetişdirilən əsas kənd təsərrüfatı bitgilərin adları

Buğda, arpa, qarğıdalı, paxlalı bitgilər, tütün, günəbaxan, kartof, tərəvəz, bostan, yonca, yaşıl çay, fındıq, qazanlıq gülü.

İri və xırda buynuzlu mal-qara haqqında məlumat

Rayonun fermer təsərrüfatlarında- 59445 baş iri buynuzlu mal(o cümlədən inək və camışlar 28318 baş) qoyun keçilər-167792 başa çatmışdır ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qara 533 baş, o cümlədən inək və camışlar- 430 baş, qoyun keçilər -636 baş artmışdır.

Rayonda 2003-cü ildən mal-qaranın cins tərkibinin və damazlıq işinin yaxşılaşdırılmasında, qısırlığın aradan qaldırılmasında, təbii cütləşmə vasitəsi ilə yayılan xəstəliklərin qarşısının alınması məqsədi ilə inək, camış və düyələr arasında süni mayalama tədbirləri aparılır. Qeyd olunan tədbirlərin aparılması üçün müasir tələblərə cavab verən süni mayalama avadanlıqlarından istifadə olunur. Rayonda qeyd olunan tədbirlərin həyata keçirilməsini Hollandiyalı mütəxəssislər tərəfindən hazırlanmış 11 nəfər süni mayalama texnikləri tərəfindən aparılır. Süni mayalama texnikləri fermerlərin sifarişinə uyğun olaraq yüksək məhsuldar ətlik-südlük, südlük-ətlik cinslərin toxumundan istifadə edirlər. Yuxarıda qeyd olunan müddət ərzində 5000 başdan yuxarı inək, camış və düyələr süni yolla mayalandırılmış və 3000 başdan çox bala alınmışdır. Yüksək məhsuldar cinslərdən alınmış inəklərin süd məhsuldarlığı laktasiya dövründə 5000-6000 kq təşkil edir.
Heyvanların süni yolla mayalanmasına tələbat fermerlər tərəfindən ilbəil artmaqdadır. Rayonda fəaliyyət göstərən süni mayalama texniklərinin fəaliyyəti nəticəsində Zaqatala rayonu Respublika səviyyəsində keçirilən tədbilrərdə ən qabaqcıl rayonlarından biri olmaqla pul mükafatı ilə qiymətləndirilmişdir. Rayonda 4 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir.

Quşçuluq haqqında məlumat

Rayonun fermer təsərrüfatlarında quşçuluğun inkişaf etdirilməsi ilə əlaqədar Zaqatala şəhərində rayonun Əliabad qəsəbəsində, Bəhmətli, Danaçı kəndlərində inkubator-quşçuluq stansiyaları fəaliyyət göstərir.
Zaqatala inkubator quşçuluq stansiyası tərəfindən yeni məhsuldar, xəstəliklərə davamlı quş cinslərinin yumurtası Bakı, Siyəzən və Kürdəmir quşçuluq fabriklərindən gətirilir.
Fermer təsərrüfatlarının sifarişinə uyğun olaraq inkubator quşçuluq stansiyası Ukrayna Respublikasının quşçuluq fabrikləri ilə müqavilə əsasında yüksək məhsuldar ətlik cinslər gətirilərək damazlıq kimi istifadə olunur.
Hazırda rayonun ərazisində Ağ rus, Serabrist, Broyler və yerli qarışıq ətlik-yumurtalıq quş cinsləri vardır. Fərdi təsərrüfatlarda hər il 500 min başa yaxın cücə bəslənilir. Hal-hazırda 247 min baş ətlik- yumurtalıq istiqamətində quşa xidmət göstərilir.

Sahibkarlığın dəstəklənməsi

Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması, sahibkarlığın inkişafına dövlət köməyi Cənab Prezidentimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Sahibkarlığa dövlət köməyinin reallaşmasına yönəlmiş tədbirlər kompleksinin, o cümlədən kiçik və orta sahibkarlığın hüquqi bazasının inkişaf etdirilməsi, özəl sektora maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlıq üçün vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq üçün sərt qaydaların qoyulması, başlıcası da kənd təsərrüfatında misilsiz radikal islahatların aparılması qıssa zaman kəsiyində öz bəhrəsini verdi. Biz bu gün dərin iftixar hissi ilə deyə bilərik ki, özəl sektor iqtisadiyyatımızdakı payına görə artıq hakim mövqeyə yiyələnmişdir.
Rayonda sahibkarlığı inkişaf etdirmək üçün münbit şərait qorunub saxlanılır, iş adamlarının problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə rayonda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, investorlar və rayonun iş adamlarının iştirakı ilə müxtəlif tədbirlər və biznes forumların keçirilməsi təmin edilir.
İstehsal, emal, xidmət və digər sahələrdə çalışan sahibkarlara yeni müəssisələrin yaradılması, fəaliyyəti dayandırılmış obyektlərin bərpası məqsədi ilə güzəştli kreditlər verilmişdir. Kreditlər heyvandarlıq, taxılçılıq, tütüncülük, fındıqçılıq, etil (yeyinti) spirti və alkoqollu iskilərin və ağac emalı sahələrinin inkişaf etdirilməsinə yönəldilmişdir.
Rayonda iqtisadiyyatın barometri olan kiçik sahibkarlıq subyektlərinin inkişafına diqqət artırılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin sayı ildən-ilə artmışdır. Son illərdə rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 162 layihə üzrə 7,7 milyon manat həcmində güzəştli kredit verilmişdir. Rayonda mövcud olan təbii və əmək potensialından səmərəli istifadə edilərək Tütün emalı zavodu, Süd emalı zavodu,Gül yağı emalı zavodu, alkoqollu içkilər istehsal edən "Drujba" MMC, fındıq emalı ilə məşğul olan "AQRO-VEST" MMM və digər yeni istehsal və emal müəssisələri yaradılmış və bu prosses davam etməkdədir.
Sahibkarlığın inkişafına göstərilən bu dəstək nəticəsində rayonda özəl sektorun ümumi daxili məhsulda payı 95 faizə yüksəlmiş, işsizliyin aradan qaldırılmasında, məşğulluq məsələlərinin həllində özəl sektoru ön plana çıxarmış və 8740-ı daimi olmaqla 13240 yeni iş yeri açılmışdır. Sahibkarlıq subyektlərinin sayı 2003-cü illə müqayisədə 1,6 dəfə artaraq 4235-ə çatmışdır.

Əsas sənaye və kənd təsərrüfatı müəssisələri

"Əli Səid" MMC fınqdıq emalı müəssisəsi (2002-c ildə tikinti işlərinə başlanılmış, 2003-cü ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 5 ton, 7 nəfər daimi işlə təmin olunmuşdur)

"Res nut" MMC fınqdıq emalı müəssisəsi (2003-cü ildə tikinti işlərinə başlanılmış, 2005-ci ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 4 ton, 5 nəfər daimi işlə təmin olunmuşdur

Fındıq emalı müəssisəsi Mosul kəndi ərazisində (2004-cü ildə tikinti işlərinə başlanılmış, 2005-ci ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 3 ton, 4 nəfər daimi işlə təmin olunmuşdur)

Gül emalı zavodu (2004-cü ildə tikinti işlərinə başlanılmış, 2005-ci ildə istifadəyə verilmiş, illik istehsal gücü 25 kq gül yağı, 8 nəfər daimi işlə təmin olunmuşdur )

Konserv zavodu (2004-cü ildə avadanlıqlar gətirilmiş, 2005-ci ildə istifadəyə verilmiş, illik istehsal gücü 600 min şərti banka, 20 nəfər daimi işlə təmin olunmuşdur).

"Azərsun" Zaqatala fındıq zavodu (2000-ci ildə tikinti işlərinə başlanılmış, 2006-cı ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 15 ton, 15 nəfər daimi işlə təmin olunmuşdur)

"Caucasus nut" MMC fınqdıq emalı müəssisəsi (2004-cü ildə tikinti işlərinə başlanılmış, 2006-cı ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 7 ton, 5 nəfər daimi işlə təmin olunmuşdur)

"Qala-N" MMC fındıq emalı müəssisəsi (2004-cü ildə tikinti işlərinə başlanılmış, 2006-cı ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 3 ton, 4 nəfər daimi işlə təmin olunmuşdur).

"Azplod eksport" MMC fındıq emalı müəssisəsi (2005-ci ildə tikinti işlərinə başlanılmış, 2006-cı ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 5 ton, 5 nəfər daimi işlə təmin olunmuşdur).

"Azerstar" MMC fındıq emalı müəssisəsi (2006-cı ildə tikinti işlərinə başlanılmış, 2007-ci ildə istifadəyə verilmiş, istehsal gücü gündəlik 5 ton, 5 nəfər daimi işlə təmin olunmuşdur)

"Karvan inşaat" MMC-nin Zaqatala sahəsi (2006-cı ildə tikinti işlərinə başlanılmış, 2007-ci ildə istifadəyə verilmiş, saatda 90 ton kub.metr beton, 17 nəfər daimi işlə təmin olunmuşdur)


"INTER-TOBACCO" MMC- nin 4 ədəd şitilxanası və 60 ədəd tütün qurutmaxanası kompleksi (2007-ci ildə tikinti işlərinə başlanılmış, 2008-ci ildə istifadəyə verilmiş, 200 nəfər mövsümi işlə təmin olunmuşdur) Möhtərəm Prezidentimiz Cənab İham Əliyev Zaqatalaya səfərləri zamanı 2008-ci ilin sentyabr ayının 19-da müəssisəyə baxış keçirmişdir.

"Grata" Hotel- 80 yerlik mehmanxana (2006-cı ildə tikinti işlərinə başlanılmış, 2008-ci ildə istifadəyə verilmiş, 10 nəfər daimi işlə təmin olunmuşdur) Möhtərəm Prezidentimiz Cənab İham Əliyev Zaqatalaya səfərləri zamanı 2008-ci ilin sentyabr ayının 19-da müəssisənin açılışında iştirak etmişdir.

"Gilan" MMC-nin süd emalı zavodu (2008-ci ildə tikinti işlərinə başlanılmış, 2010-cu ildə istifadəyə verilmiş, gündəlik istehsal gücü 10 ton, 40 nəfər daimi işlə təmin olunmuşdur) Möhtərəm Prezidentimiz Cənab İham Əliyev Zaqatalaya səfərləri zamanı 2010-cu ilin iyul ayının 8-də müəssisənin açılışında iştirak etmişdir.

"INTER-TOBACCO" MMC-nin Tütün emalı zavodu (2008-ci ildə tikinti işlərinə başlanılmış, 2010-cu ildə istifadəyə verilmiş, illik istehsal gücü 3000 ton, 50 nəfər daimi işlə təmin olunmuşdur) Möhtərəm Prezidentimiz Cənab İham Əliyev Zaqatalaya səfərləri zamanı 2010-cu ilin iyul ayının 8-də müəssisənin açılışında iştirak etmişdir.

"Aqrolizinq" ASC-nin rayon filialı (2008-ci ildə tikinti işlərinə başlanılmış, 2010-cu ildə istifadəyə verilmiş, 44 adda texnika mövcuddur,3 nəfər daimi işlə təmin olunmuşdur).

"Zaqatala broyler" MMC-nin İllik istehsal gücü 500 ton olan quş əti istehsalı müəssisəsi (2011-ci ildə tikinti işlərinə başalanılmış, 2012-ci ildə istifadəyə verilmiş, 20 nəfər daimi işlə təmin olunmuşdur).

1000 ton tutumu olan soyuducu anbar kompleksi (2010-cu ildə tikinti quraşdırma işlərinə başlanılmış, 2012-ci ildə istifadəyə verilmiş, 5 nəfər daimi işlə təmin olunmuşdur)