Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Qax

Ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2011-ci ildə 4.6 dəfə artaraq 87.2 min manata, sənaye məhsulları 1.8 dəfə artaraq 4.5 min manata, kənd təsərrüfatı məhsulunun həcmi 3.29 dəfə artaraq 36.9 min manata çatmış, əsas kapitala yönəldilən investisiyaların həcmi 23.3 dəfə artaraq 28.9 min manat, tikinti-quraşdırma işlərinin həcmi 28.6 dəfə artaraq 22.2 min manat təşkil etmişdir.
2012-ci ilin 6 ayında rayon üzrə ümumi daxili məhsul istehsalı 43 milyon manat təşkil etmişdir.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan park salınmış, müzey inşa olunmuş və 2 abidəsi ucaldılmışdır. Əlil və Şəhid ailələri üçün 2 ədəd 16 mənzilli yaşayış binası, 6 fərdi mənzil, tikiş, ayaqqabı istehsalı, 19 sudoldurma, 5 fındıq emalı müəssisələri, 3 un dəyirmanı, pivə, kərpic, 2 asfalt, 2 qum-çınqıl zavodları, 60 tütünqurutma kamerası, 5 şadlıq sarayı, 4 yeni park və rayonun idarə və təşkilatları üçün 5 inzibati bina, YAP-ın yeni inzibatı binası, Vergilər Nazirliyinin terminal binası, rayonlararası və rayondaxili "Avtovağzal kompleksi", "El Resort" hotel kompleksi, Hamamçay və Ləkit çayları üzərində yeni körpülər tikilib istifadəyə verilmişdir. "Aqrotexservis" müəssisəsi yaradılmışdır. Tasmalı kəndində yeni həkim ambulatoriyası, Qorağan kəndində tibb məntəqəsi, şəhər 2,4 saylı, Çüdüllü və Şotavar kənd uşaq bağçaları, Şıxlar kəndində klub və kitabxana binaları inşa olunmuşdur. Süd məhsulları emalı müəssisəsində son tamamlama işləri aparılır. Rayon Mədəniyyət evinin və Mərkəzi xəstəxananın binası əsaslı təmir edilmişdir.
Qapıçay çayından Güllük kəndinin əkin sahələrinin suvarılması məqsədilə su ötürücü stansiyasının tikintisi başa çatdırılmışdır.

Turizmin inkişafı məqsədi ilə 10 turizm istirahət mərkəzləri yaradılmış, "Sumuq qala" və "İçəribazar" qala kompileksinin tikintisi və yenidən qurulması başa çatdırılmış, Qum-Alban məbədi konservasiya edilmiş, "İlisu" Tarix Mədəniyyət Qoruğu yaradılmış, Əlibəyli Gürcü Dövlət Dram Teatrı fəaliyyətə başlamışdır. Ləkit kəndindəki "Mamırlı" şəlaləsi dövlət təbiət abidəsi kimi qeydiyyata alınmışdır. Yaşayış məntəqələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə 65 arteziyan quyusu vurulmuş, 21000 p/m uzunluğunda su xətti, 6 kənddə yeni qaz xətti çəkilmiş, 48 km avtomobil yolları təmir olunmuşdur. Almalı kəndinə giriş yolunun 2.1 km, Turaclı-Marsan kəndlərinin giriş yolunun 1.1 km hissəsinə asfal örtük döşənmişdir.
Yeni İdman kompleksinin, 4 mərtəbəli mehmanxananın, Ağçay kəndi ərazisində yeni istirahət mərkəzinin, 40 mənzilli 9 mərtəbəli və 18 mənzilli 4 mərtəbəli yaşayış binalarının, "El Resort" hotel kompleksinin konfrans zalının, 2 mərtəbəli ticarət mərkəzinin, Əlibəyli kənd xəstəxanasının, Güllük kənd həkim məntəqəsinin, Qax şəhərində Baytarlıq İdarəsinin, DSMF rayon şöbəsinin və Rayon təhsil şöbəsinin yeni inzibati binalarının, Şəki şəhərini Qax rayon mərkəzilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun, şəhər 3 saylı və Almalı kənd uşağ bağçalarının əsaslı təmiri, Almalı kəndinə yeni qaz xəttinin çəkilişi, Qax şəhərinin su və kanalizasiya, Qaxingiloy və Qaxbaş kəndlərinin su sistemlərinin yenidən qurulması işləri davam etdirilir. İlisu Ağçay və Dəymədağlı kəndlərinin qazlaşdırılmasına başlanılmışdır.

Malaxçayı üzrində üçaşırımlı körpüdə son tamamlama işləri aparılır. Kürmükçayı üzərində700 p/m uzunluğunda körpünün tikintisi davam etdirilir.
2360 şagird yerlik 12, o cümlədən Heydər Əliyev Fondu tərəfindən 460 şagird yerlik 2 yeni məktəb binası, 4 məktəbdə isə 15 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. 1176 şagird yerlik şəhər 2 saylı tam orta və Şahmat məktəbinin binaları əsaslı təmir olunmuşdur. Zəyəm kəndində 360, Əmbərçay kəndində 80, Meşəbaş kəndində 80, Dəymədağlı kəndində 120, Ləkit-Kötüklü kəndində 40, Ləkit kəndində 420, Zərnə kəndində 240, Güllük kəndində 300, Qorağan kəndində 220, Lələpaşa kəndində 100, Lələli kəndində isə 100 şagird yerlik orta məktəb binalarının, Güllük kəndində ümumi orta məktəbində idman və akt zalının, 75 yerlik şəhər 1 saylı uşaq baxçasının və Qax şəhərində Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir.

2003-2012-ci ilin 6 ayı ərzində 4980-ı daimi olmaqla 5668 yeni iş yeri açılmışdır.