Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Oğuz

Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Bura yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.

Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur.