Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Zaqatala rayon tarix-diyarşünaslıq muzeyi

Zaqatala Tarix - diyarşünaslıq muzeyi 1967 - ci ildə yaradılıb. Muzey Azərbaycanın rayonları arasında ilk yaranmış muzeylərdən biridir. Muzeydə əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur.
Əlyazmalar şöbəsindəki kitablardan bəziləri 2008 - 2009 - cu illərdə Almaniyada keçirilən "Azərbaycan ili" adl mədəniyyət günlərində Berlin, Drezden, Frankfurt, Leypsiq şəhərlərində açılmış sərgilərdə nümayiş etdirilmişdir. 
Zaqatala Tarix - diyarşünaslıq muzeyinin əsas fondunda 4685 eksponat var. Ekspozisiya zalında əsas fonddan (4685) - cəmi 577 eksponat nümayiş etdirilir.Muzeydə tarixilik baxımından ən qədim eksponatlar e.ə III- I əsrlərdə Yaloylu təpə mədəniyyətinə aid olan küplər, üç ayaqlı vazalardır. E.ə 3 - 1 - ci əsrlərə aid olan bu arxeoloji mədəniyyət Qəbələ rayonu Nic kəndi yaxınlığındakı Yaloylutəpənin adı ilə adlandırılmışdır.

Muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən düzəldilmiş məişət əşyaları toplanmışdır. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan hazırlanmış bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri, silahlar və hədiyyələr daxildir.

Ünvan:
Zaqatala şəhəri, Heydər Əliyev