Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şəki şəhər Heydər Əliyev Mərkəzi

Şəki şəhər Heydər Əliyev Mərkəzinin təməli 2005-ci ilin dekabrında qoyulmuşdur. Cənab prezident İlham Əliyevin iştirakı ilə 2006-cı il 13 aprel tarixində mərkəzin rəsmi açılışı olmuşdur. Mərkəzdə Ulu Öndərin səmərəli həyat və fəaliyyəti ilə bağlı 182 sayda foto-eksponat, müəllifi əməkdar heykəltaraş Xanlar Əhmədov olan heykəli və kitablar nümayiş etdirilir. 
Heydər Əliyev Mərkəzinin kitabxanasında oxuculara 656 nüsxə kitab təklif olunur. Mərkəzə Heydər Əliyev Fondundan, Şəki şəhər İcra Hakimiyyətindən, AMEA Tarix İnstitutundan hədiyyə olaraq yeni kitablar daxil olmuşdur. 
Mərkəz 0.5 hektar həyatyani sahədən, 400 kvadratmetr ekspozisiya zalından, kitabxana, fond otağı, informasiya texnologiyaları vasitələrindən istifadə zalı və yardımçı xidməti otaqdan ibarətdir. 

Heydər Əliyev Mərkəzinin direktoru: Səmədova Xuraman Hikmət qızı

Ünvan:
Şəki şəhəri, S.Mümtaz küçəsi 1
Telefon:

024 24 5-00-03

E-mail:

shekiheydereliyevmerkezi@mail.ru

Url:
Şəki Heydər Əliyev Mərkəzi

 

63.6 KB

 

67.7 KB

 

62.5 KB