Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Balakən rayon Mədəniyyət Mərkəzi

Müasir inventar və avadanlıqlarla təmin olunmuş Balakən rayon  Mədəniyyət Mərkəzinin yeni binası  2013-cü ilin sentyabr ayında  Azərbaycan Respublikasının Neft Şirkəti tərəfindən tikilib istifadəyə verilmişdir.

Rayonda fəaliyyət göstərən  klubtipli mədəniyyət müəssisələri 1951-ci ildən 1954-cü ilə qədər Kinolaşdırma idarəsi, 1954-cü ildən isə Mədəniyyət  şöbəsinin nəzdində işə başlayıb, 1965-ci ildən isə mədəniyyət evi kimi fəaliyyət göstərmişdir. Hazırda  Mədəniyyət  Mərkəzinin nəzdində 2 şəhər, 17 kənd filialı olmaqla 19  klubtipli mədəniyyət müəssisəsi  fəaliyyət göstərir.

Mərkəzin nəzdində “Qubek”, “Mehriban bacılar” folklor və rəqs qrupları, dram, rəqs, mahnı, gitara, bədii qiraət dərnəkləri ,1 saylı şəhər diyarşünaslıq klubunda “Kaman”muğam üçlüyü, Mahamalar kənd folklor evində “Gənclik” özfəaliyyət ansamblı, Tülü kənd foklor evində “Buta”, Qabaqçöl qəsəbəsində fəaliyyət göstərən müəsssisələrin nəzdində “Cahan” xalq kollektivi , “Ebel” folklor qrupu,  İtitala kənd foklor evində “Nənələr” folklor qrupları və “Şəlalə” rəqs qrupu fəaliyyət göstərir.Həmin folklor kollektivləri ilə müntəzəm olaraq iş aparılır, repertuar yenilənməsi və yeni üzvlərin cəlb olunması diqqət mərkəzində saxlanılaraq bütün tədbirlərdə,  festivallarda  yaxından iştirakı təmin olunur.

Mədəniyyət  Mərkəzinin  tabeliyində fəaliyyət göstərən klub tipli mədəniyyət müəssisələri

1 saylı şəhər Sənətkarlıq klubu

2 saylı şəhər diyarşünaslıq klubu

Mahamalar kənd folklor evi

Qullar kənd sənətkarlıq evi

Hənifə kənd sənətkarlıq klubu

Hənifə kənd diyarşünaslıq evi

Qazma kənd sənətkarlıq evi

Talalar kənd sənətkarlıq evi

Tülü kənd folklor evi

Şambul kənd sənətkarlıq evi

Qaysa kənd folklor evi

Yeni Şərif kənd sənətkarlıq evi

Meşəşambul kənd folklor evi

Şərif kənd sənətkarlıq evi

Qabaqçöl qəsəbə folklor klubu

Katex kənd folklor evi

Qaravəli kənd diyarşünaslıq evi

Kortala kənd diyarşünaslıq evi

İtitala kənd folklor evi

Ünvan:
Heydər Əliyev prospekti 42
Telefon:

24-29-5-17-23

E-mail:

medeniyyetbalaken@gmail.com

 

639.8 KB