Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Balakən rayon Uşaq İncəsənət məktəbi

Balakən şəhər Uşaq İncəsənət Məktəbi 01 Sentyabr 1966-cı il tarixindən Uşaq Musiqi məktəbi kimi fəaiyyətə başlamışdır. 2005-ci ilin May ayından etibarən Uşaq İncəsənət məktəbi kimi fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 65 müəllim və 8 texniki heyət çalışır. Məktəbin şagird kontingetni 320 nəfərdir. Məktəbdə 11 ixtisas fəaliyyət göstərir: fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik, vokal, skripka, sintezator, xoreoqrafiya və rəssamlıq. Məktəbdə 3 şöbə fəaliyyət göstərir: fortepiano, xalq çalğı alətləri və rəssamlıq şöbələri. Məktəbin hal-hazırda olduğu binası 2 mərtəbədən ibarətdir. Məktəbin binası 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətdədir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 01 Noyabr 2017-ci il tarixdə Uşaq İncəsənət Məktəbi üçün yeni tədris binasının tikintisinə başlanılmışdır. Hal-hazırda məktəb binası tədris üçün tam hazırdır. Yaxın zamanlarda Cənab Prezident İlham Əliyev tərəfindən məktəbin açılışı nəzərdə tutulmuşdur. Yeni Uşaq İncəsənət Məktəbi binası üç mərtəbədən ibarət olub müasir standartlara cavab verir və tədris üçün lazım olan hərcür müasir avadanlıqlarla təzhiz olunmuşdur.

Məktəbin direktoru: Tağıyeva Arifə Aydın qızı

Telefon:

02429-5-15-51

E-mail:

arifatagiyeva@mail.ru

 

97.8 KB