Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

Şəki Kiş Tarixi-Memarlıq Qoruğu

Baxılıb: 1437
Ünvan: Şəki şəhəri, Kiş kəndi Ərazisi.
Telefon: 024 98 833

Kiş Tarixi-Memarlıq Qoruğu

Kiş Tarixi-Memarlıq Qoruğu Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkinin şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Kiş kəndi ərazisində yerləşir. Kiş Tarixi-Memarlıq Qoruğu 215 ha ərazini əhatə edir. Ərazidə rəsmi dövlət qeydiyyatına alınmış 6 tarix-mədəniyyət abidələri mövcuddur və hər biri dövlət tərəfindən qorunur.
Kiş kəndini daha da məşhurlaşdıran tarixi qaynaqların məlumatlarına əsasən I-II əsrlərdə Albaniya maarifçisi apostol Yelisey tərəfindən bütpərəstlik məbədinin yerində təməli qoyulmuş kilsə olmuşdur.

 

Kiş Alban Məbədi


Şəki şəhərinin Kiş kəndində yerləşən "Kiş Alban Məbədi" Qafqaz Albaniyasının ən qədim məbədi sayılır. Məbəd 2000-ci ilə qədər kənd əhalisi tərəfindən ziyarətgah və dini inanc yeri kimi qorunub saxlanıb.Məbədin öyrənilməsi və bərpasına həsr olunmuş birgə Azərbaycan-Norveç "Kiş"layihəsi 2000-ci il məşhur Norveç alimi Tur Heyerdalın dəstəyi ilə başlamış və 2003-cü ildə tamamlanmışdır.Layihə Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin üzvü,memarlıq doktoru,professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan-Norveç birgə proqramına çevrilmişdir. Kiş Alban Məbədinin tədqiqi Qafqaz Albaniyasının tarixi xüsusiyyətlərini müəyyənləşdirməyə imkan vermişdir.Məbədin torpaq altında qalan hissəsinin verdiyi məlumat abidənin tarixi həyatını nəzəri olaraq bərpa etməyə imkan vermişdir.Bərpadan sonra Qafqaz Albaniyasının tarixi muzeyinə çevrilmişdir.Kiş Məbədi nəinki Azərbaycanda,hətta bütün Qafqazda mövcud olan ilk və ən qədim məbəd hesab olunur.
Məbəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir. Mədəniyyət Nazirliyinin 26 fevral 2003-cü il tarixli 50№-li əmri ilə "Kiş Tarixi Memarlıq Qoruq-Muzeyi"yaradılması barədə əsasnamə hazırlanmışdır.Məbədin ümumi sahəsi 1336,5m2-dir.

Kiş Tarixi-Memarlıq Qoruğunun direktoru: Hüseynova İlhamə Qənirə qızı

 

Ünvan:
Şəki şəhəri, Kiş kəndi Ərazisi
Telefon:

024 98 833