Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax rayonunda ilk kitabxana arxiv sənədlərinə əsaslanaraq 1906-cı ildə “Qiraət koması” şəklində Qaxın İçəri Bazar adlanan ərazisində o dövrün maarifçi ziyalılarından olan, Tiflisdəki “Zaqafqaziya” qəzetinin Azərbaycan bölməsinin müdiri Həmzət bəy Qəbulov Şirvanskinin evində fəaliyyət göstərmişdir.

Qaxda kitabxanalar 1920-ci ildən 1945-ci ilədək Xalq Maarif şöbəsinin nəzdində fəaliyyət göstərmişdir. 1945-ci ildə rayonlarda Mədəniyyət şöbələri təşkil edilərkən bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar mədəniyyət şöbəsinin nəzdinə keçmişdir.

1979-cu ildən rayonumuzda kitabxanalar Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəklində fəaliyyət göstərməyə başladı. 1979-cu ildən Mərkəzi Kitabxana görkəmli Azərbaycan dramaturqu  C. Cabbarlının adını daşıyır.

 “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  strukturunun  təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı  il tarixli 1932  nömrəli Sərəncamına əsasən  01.01. 2017-ci il  tarixdən  Qax rayon MKS-i Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin tərkibində fəaliyyətini davam etdirir.

Qax MKS-nin fondunda 4 dildə - azərbaycan, rus, gürcü və ingilis dilində ədəbiyyat vardır. Milli azlıqlara kitabxana xidməti göstərir.

Qax MKS-i  2003, 2005, 2007-ci illərdə ABŞ-nın Azərbaycanda fəaliyyət göstərən Səfirliyi tərəfindən kitabxana layihələrində iştirak etmişdir. 2005-2008-ci illərdəl Regional Kitabxanaların İnkişafı  Proqramı çərçivəsində Mərkəzi kitabxanada Regional Kitabxana Məlumat Mərkəzi adında fəaliyyət göstərmişdir.

C.Cabbarlı adına Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:
Metodiki-biblioqrafiya şöbəsi

Kitabişləmə və komplektləşdirmə şöbəsi
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

İnformasiya-resurs şöbəsi

Oxuculara xidmət şöbəsi,

Oxu zalı

Uşaq şöbəsi

 

Qax  rayon MKS 33 kitabxana  filialını özündə birləşdirir

1 Mərkəzi Kitabxana, 4 Şəhər kitabxana filialı və 28 kənd kitabxana filialı

  C. Cabbarlı adına Mərkəzi Kitabxana

 1 № li şəhər kitabxana filialı

 2 № li şəhər kitabxanası  filialı

 3 № li şəhər kitabxanası filialı

 4 № li şəhər kitabxanası  filialı

 2 № li Sarıbaş kənd kitabxana filialı

3 № li İlisu kənd kitabxana filialı

 4 № li Ağçay kənd kitabxana filialı

 6 № li Qax İngiloy kənd kitabxana filialı

 7 № li Qum kənd kitabxana filialı

 9. № li Ləkit kənd kitabxana filialı

 11 № li Zərnə kənd kitabxana filialı

 12 № li Güllük kənd kitabxana filialı

 15 № li Turaclı kənd kitabxana filialı

16  № li Marsan kənd kitabxana filialı

 20 № li Tasmalı kənd kitabxana filialı

 21 № li Zəyəm kənd kitabxana filialı

 26 № li Almalı kənd kitabxana filialı

 28 № li Cəlayer kənd kitabxana filialı

 29 № li Qıpçaq kənd kitabxana filialı

 30 № li Baydarlı kənd kitabxana filialı

 31 № li Ağyazı kənd kitabxana filialı

 34 № li İbaxlı kənd kitabxana filialı

35  № li Əlibəyli kənd kitabxana filialı

 36 № li Qaratala kənd kitabxana filialı

 37 № li Qaşqaçay kənd kitabxana filialı

 38 № li Armudlu kənd kitabxana filialı

 40 № li Əmbərçay kənd kitabxana filialı

41  № li Əmircan kənd kitabxana filialı

46  № li Toppağ kənd kitabxana filialı

 47 № li Qaxbaş kənd kitabxana filialı

 64 № li Şıxlar kənd kitabxana filialı

 66 № li Ləkit Malax kənd kitabxana filialı

Ünvan:
Qax rayonu, Azərbaycan prospekti-30
Telefon:

024 25 5 32 07; 024 25 4 28 89

Fax:

024 25 5 22 83

E-mail:

qax.mks@mail.ru

Url:
gakh.cls.az

 

642.9 KB

 

40.6 KB

 

37.4 KB