Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Azərbaycan  Respublikası  Mədəniyyət  və Turizm  Nazirinin  əmrinə  əsasən 2001-ci ilin yanvar ayında Balakən rayon Tarix-diyarşünaslıq  muzeyinin fəaliyyəti  bərpa  olunmuş, muzeyin  maliyyələşdirilməsi isə 2003-cü ildən   həyata  keçirilmişdir. Hal-hazırda  muzeydə  9 nəfər işçi vardır. Muzeydə fond müdüri, elmi işçi, rəssam tərtibatçı, bələdçi, baxıcı  fəaliyyət göstərir.
Muzeydə  eksponatların  artımı  bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə eksponatların qəbulu daim mühafizəyə  götürülməsi  üçün  fond  satılama komissiyası işləyir. Komissiya daxil olan bütün eksponatları aktla qəbul edir və pratokollaşdırır. Muzeydə 5000  ədəd  eksponat  nümayiş  etdirilir.
Şübhəsiz ki, bu bizi qane etmir. Ona görədə muzeyin işçiləri böyük səylə eksponatların  artılması  uğrunda mübarizə  aparırlar.  Muzeydə bir ekspozisiya zalı,bir fond otağı, iki iş otağı  var. Muzey son dəfə 2016-cı ildə təmin olunmuş.
 

Muzeyin direktoru: Mirəliyev Xəlifə Mollamusa oğlu

Ünvan:
Balakən şəhəri, Heydər Əliyev prospekti-42
Telefon:

(+994 2429) 5-32-53

E-mail:

balakan.tarixmuzeyi@mail.ru