Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şəki şəhər uşaq incəsənət məktəbi


Şəki şəhər uşaq incəsənət məktəbi rəsmi olaraq 1938-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə bir çox musiqiçilərin, mədəniyyət işçilərinin yetişməsində böyük rolu olmuşdur. Bəstəkar Cavanşir Quliyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi -Metodiki mərkəzin şöbə müdiri Natiq Mustafayev bu məktəbin məzunları olmuşlar. 
Hal-hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə siniflər fəaliyyət göstərir. Həmin ixtisaslar üzrə məktəbdə 520 nəfər şagird təhsil alır. Onların musiqi savadına yiyələnməsi işi ilə 193 nəfər müəllim məşğul olur. 
Məktəbdə görülən işlər tədris planına uyğun olaraq aparılır. Məktəbin uğurları çox böyükdür. Məktəbin şagirdləri mütəmadi olaraq Respublika və Beynəlxalq miqyaslı müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanırlar.
 
Məktəbin direktoru: Babayev Yaşar Abdulrəşid oğlu 
 

 

Ünvan:
Şəki şəhəri, Şəki şəhəri, Calğalı bulaq küçəsi, 57
Telefon:

024 24 4-24-54